Mojo.az Banner
13:25 Bakı ermənilərin bu oğurluğuna görə İnterpola müraciət etdi  |     13:17 Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş  |     13:11 Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər  |     13:06 Bakıda hoteldə səs-küy salan qadın həbs edildi  |     12:56 “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video  |     12:55 Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə  |     12:46 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb  |     12:43 Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır  |     12:36 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"  |     12:27 Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB  |     12:26 Dövlət bağçalarında yerlərin sayı 112 minə çatdırılıb  |     12:21 Bu ərazilərdə sentyabr pensiyaları ödənildi  |     12:18 ABŞ prezidentindən İranla bağlı etiraf  |     12:08 UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?  |     12:06 Sumqayıtda tikintidə faciə: Hündürlükdən yıxılan fəhlə öldü  |     11:58 Sürücülərin nəzərinə: Bir yolda hərəkət məhdudlaşdırıla bilər  |     11:46 Külli miqdarda borcu olan şirkəti məhkəmə 70 min dollar cərimələdi  |     11:34 Ağdaşda 60 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü  |     11:32 "Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda  |     11:18 Azərbaycanda qastronomiya üzrə ali təhsil problemi: “Bu sahədə institut yoxdur” — Ağa Salamov  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yeddi ağacı baltalayan şəxslər haqqında ciddi araşdırma aparılır - RƏSMİ

07.03.2020 17:28 1 807
Bakıda yeddi ağacı baltalayan şəxslər haqqında ciddi araşdırma aparılır - RƏSMİ
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş məlumat əsasında əməkdaşlarımız tərəfindən sözügedən əraziyə baxış keçirilib və təəssüf ki, ağacların qəsdən zədələnməsi faktı təsdiqlənib”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova ötən gün paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 24 saylı yaşayış binasının arxa hissəsində 7 ədəd ağacın kökündən baltalanması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O bildirib ki, nazirlik əməkdaşları tərəfindən həmin ünvanda 7 ədəd ağacın məhv olma dərəcəsinədək zədələnməsi faktı ilə bağlı araşdırma aparılır:

“Məsələ ilə bağlı akt tərtib olunub. Təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək, onlar barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün Binəqədi rayon Polis Şöbəsinə müraciət edilib. Hazırda polis tərəfindən ağaclara ziyan vuran şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Eyni zamanda, nazirlik adından ictimaiyyətə səslənərək, bu hadisəni törədənləri görən və ya bu barədə hər hansı bir məlumata malik olan şəxslərin təcili olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və polisə məlumat vermələrini xahiş edirik”.

İ.İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan və mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrini yüksək qiymətləndirib:

“Nazirliyin fəaliyyətinə etimad göstərərək, yaşıllıqların qorunması istiqamətində bizə dəstək olan, gördükləri qanun pozuntularına dair məlumatları ictimailəşdirən hər kəsə təşəkkür edirik. Çox sevindirici haldır ki, artıq vətəndaşlarımız da bu kimi hallara kəskin reaksiya verərək, yaşıllıqların qorunmasına çalışırlar. Bu məsələlər daim ictimaiyyət və media orqanları tərəfindən diqqətdə saxlanılır. Qısa zamanda həmin şəxslər müəyyən olunaraq, qanuna müvafiq şəkildə məsuliyyətə cəlb olunacaqlar.

ETSN hər zaman ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə qarşı çıxıb və çıxacaq. Bütün səylərimizi paytaxtda və regionlarda kütləvi ağac əkilməsinə, yaşıllıq sahələrinin miqyasının daha da genişləndirilməsinə yönəltmişik. İnsanların təbiətə ziyan vurması qəddarlıqdır”.

Xatırladaq ki, ötən gün paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, 151 nömrəli uşaq bağçasının yanında ağacların kökünün baltalanması ilə bağlı videogörüntü yayılıb. Ərazidə 7 ağac kök boğazından kəsici alətlə zədələnib.
скачать dle 11.3
Mojo.az Banner