Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır | 14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib | 14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto | 14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub | 13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA | 13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda əlillik dərəcəsinin verilməsi meyarları dəyişdi

01.01.2020 20:07 2 045
Azərbaycanda əlillik dərəcəsinin verilməsi meyarları dəyişdi
Bu gündən etibarən Azərbaycanda əlilliyin müəyyən olunması üzrə yeni meyarlar qüvvəyə minib.

Bu barədə məlumat Nazirlər Kabinetinin təsdiqlədiyi “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamədə öz əksini tapıb.

Əsasnəmə Beynəlxalq Səhiyyə Təşkilatının xəstəliklərin beynəlxalq təsnifatı (XBT) əsasında xəstəliklərin bölgüsünün aparılması, insan orqanizminin funksiyalarının sabit pozuntularının geniş və təfsilatlı təsvirinin verilməsi, insan orqanizminin funksiyalarının sabit pozuntularının 10-100% diapazonunda qiymətləndirilməsi və bundan irəli gələrək funksionallığa dair beynəlxalq təsnifat (FBT) əsasında özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə, əmək fəaliyyəti bacarıqları kmi insanın həyat fəaliyyətinin yeddi əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə əlilliyin müəyyən olunmasına dair meyarları özündə ehtiva edir.

Xatırladaq ki, 1 yanvar 2020-ci ilə qədər əsas götürülən meyarlara görə əlilliyi olan şəxslərə l, ll və lll dərəcə təyin olunub və l dərəcəyə aid olan vəziyyəti ağır, kənar şəxsin qulluğuna ehtiyacı olan xəstələrlə, kənar şəxsin daimi qulluğundan tam asılı olan xəstələr arasında heç bir fərq qoyulmayıb.

Lakin bu gündən qüvvəyə minən yeni meyarlar xəstəliyin ağırlığını, gedişatın formasını, prosesin aktivliyini, kəskinləşmələrin tezliyini, patoloji prosesin baş verdiyi orqanların əhatə dairəsini daha obyektiv qiymətləndirməyə imkan verəcək.

Meyarlar həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcəsi nəzərə alınaraq daha obyektiv qiymətləndirmə aparmağa imkan yaradacaq. Beləliklə, insan orqanizminin funksiya pozuntusu haqqında dəqiq qərar çıxarılacaq.

Son xəbərlər