Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:23 Məryəm Uzerli ilk dəfə Bakıya gəlir | 18:07 Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək | 18:01 Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək - Tarix açıqlandı | 17:56 Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu | 17:45 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu | 17:36 "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər | 17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar |
Mojo.az Avto
Mojo.az Avto

Yeltsinin SSRİ-ni dağıtmaq üçün ilk cəhdinin təfərrüatları ortaya çıxıb

06.12.2019 19:16 1 920
Yeltsinin SSRİ-ni dağıtmaq üçün ilk cəhdinin təfərrüatları ortaya çıxıb
Rusiyanın ilk Prezidenti Boris Yeltsin birinci dəfə 1991-ci ilin yazında SSRİ-ni dağıtmağa cəhd edib. Bu barədə “Komsomolskaya pravda”ya müsahibəsində Rusiya Sovet Federal Sosialist Respublikası Ali Şurasının sabiq spikeri Serqey Baburin bəyan edib.

Onun sözlərinə görə, Yeltsin ilk dəfə belə bir təkliflə Moskvada keçirilən rəsmi iclasın fasiləsində çıxış edib. Lakin o vaxt nə Qazaxıstan SSR-nin Prezidenti olan Nursultan Nazarbayev, nə Belorusiya SSR Ali Şurasının sədri Nikolay Dementey siyasətçinin bu fikrini dəstəkləməyiblər.

“Bir az tərəddüdlə onları (Ukrayna SSR Ali Şurasının sədri Leonid) Kravçuk dəstəklədi! Yeltsin də söhbəti fırlatdı ki, “oy, mən zarafat edirdim”. Ancaq elə həmin o cəhdinə görə onu həbs eləmək lazım idi”, - deyə Baburin söhbətin təfərrüatlarını açıqlayıb.

O, əlavə edib ki, SSRİ Prezidenti Mixail Qorbaçov bu söhbətdən xəbərdar olsa da, heç bir tədbir görməyib.

“Həmin vaxt bilməsə də, çox tezliklə bunu öyrəndi... Lakin fakt budur ki, hər zaman fəlakət astanasında olanda Yeltsinin köməyinə məhz o gəlirdi”, - deyə Baburin aydınlıq gətirib.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi (MDB) 8 dekabr 1991-ci ildə yaranıb. Həmin tarixdə Belarusun Brest şəhəri yaxınlığındakı “Belovejskaya Puşşa” qoruğundakı “Viskuli” hökumət iqamətgahında bir araya gələn Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” bəyanat imzalayıblar.

Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli İttifaq müqaviləsinə xitam verilib. Beləcə, Sovet İttifaqı yaranmasının 69-cu ildönümünə üç həftə qalmış süqut etdi.

Son xəbərlər