Mojo.az Banner
12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Mixail Qorbaçov xəstəxanaya düşdü

26.04.2019 11:23 4 167
Mixail Qorbaçov xəstəxanaya düşdü
Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.

Bu barədə TASS agentliyi SSRİ-nin ilk prezidenti haqqında ilk filmin rejissorlarından biri Andre Sinqerə istinadən məlumat verib.

Rejissor, eks-prezidentin “Tanış olun, Qorbaçov” filminin premyerasına gələ bilmədiyini, buna həkimlərin icazə vermədiyini yazıb. Qeyd edək ki, premyera 41-ci Moskva Kino Festivalı çərçivəsində aprelin 25-nə planlaşdırılmışdı.

“Onun xəstəxanadan çıxmasına həkimlər icazə verməyiblər. Lakin 88 yaşlı siyasətçi özünü yaxşı hiss edir”.

Eyni zamanda Qorbaçov Fondunun nümayəndəsi bu məlumatın doğru olmadığını bildirib. O qeyd edib ki, bu gün siyasətçi ilə iki saat zaman keçirib və onun premyeraya getmək planı olmayıb.

Mixail Qorbaçov 1990-cı il martın 15-də Sovet İttifaqının tarixində ilk və son dəfə olaraq prezident seçilib. 2017-ci ildə verdiyi müsahibələrdən birində Qorbaçov Qərb ölkələrində Rusiyadan daha çox tanındığını söyləsə də, “Qərb ölkələrinə köçməyəcəyini, ömrünün sonuna qədər Rusiyada yaşayacağını” vurğulayıb.
скачать dle 11.3
Mojo.az Banner