Mojo.az Banner
22:57 Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR  |     22:53 Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı  |     22:44 Şəhid mayor Asiman Əliyevin atası vəfat etdi  |     22:31 Kişi arvadını, sonra özünü öldürdü - Lənkəranda DƏHŞƏT  |     22:21 Qonaq getmişdilər, evləri yandı  |     22:14 Hövsanda dəmir yolunun ətrafında tikilmiş evlər SÖKÜLƏCƏK  |     22:09 Şəkidə həyətdən qadın meyiti tapıldı  |     22:00 Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun  |     21:55 Ölkənin ən gənc generalları ONLARDIR  |     21:46 Yağış, qar yağacaq, güclü külək əsəcək  |     21:45 Tramp qlobal idxal rüsumlarını 10 faizdən 15 faizədək artırdı  |     21:31 Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək  |     21:29 Amsterdamın mərkəzi meydanında "Xocalıya ədalət" aksiyası keçirilib  |     21:24 Azərbaycanlı bacı-qardaş Dünya Kubokunun finalında  |     21:20 Gəncədə iki avtomobil toqquşdu, beş nəfər xəsarət aldı  |     20:58 Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq prosesləri müzakirə ediblər  |     20:40 Cəlilabadda ev yandı  |     20:35 Ramazan ayının dördüncü günü: İmsak və iftar vaxtı, günün duası  |     20:10 Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı  |     19:57 Axtarışda olan 100 nəfər saxlanıldı  |    
Left Banner
Right Banner

Hesablama Palatası 2020-ci il dövlət büdcəsi ilə bağlı iradlarını açıqlayıb

06.11.2019 18:54 1 990
Hesablama Palatası 2020-ci il dövlət büdcəsi ilə bağlı iradlarını açıqlayıb
Gələn il və növbəti üç il üçün hazırlanmış makroiqtisadi proqnoz göstəriciləri ənənəvi olaraq bir variantda hazırlanıb ki, bu da iqtisadi şərtlərin pisləşəcəyi halda mümkün iqtisadi nəticələri dəqiq müəyyənləşdirmək imkanını çətinləşdirir.

Median.Az “APA-Economics”ə istinadən xəbər verir ki, bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, ölkə iqtisadiyyatı üçün ekzogen göstəricilər kimi qiymətləndirilə bilən neftin qiyməti, büdcə xərcləri kimi əhəmiyyətli göstəricilər üzrə ən azı 2 ssenarinin (pessimist və baza ssenariləri) tətbiq olunması makroiqtisadi dayanıqlılığın təmin olunmasında əhəmiyyətli rol oynaya bilər. Hesablama Palatası nəzərə çatdırır ki, makroiqtisadi dayanıqlılığın əldə edilməsi məqsədilə neftin bir deyil, bir neçə qiymət ssenarisi əsasında qurulması qeyri-müəyyən dünya iqtisadiyyatı və bu qeyri-müəyyənliyə həssas olan neft qiymətləri şəraitində xüsusilə də aktuallaşır. 2014-2015-ci illərdə dünya bazarında azalma tendensiyası nümayiş etdirən neftin qiymətinin milli valyutanın trayektoriyasını və onun timsalında əsas makroiqtisadi göstəricilərin dinamikasını əks məcraya istiqamətləndirməsi müxtəlif ssenarilərə əsaslanan proqnozların əhəmiyyətini daha da qabardıb: “Təəssüf ki, bu istiqamətdə konkret addımlar atılmayıb.

Eləcə də, büdcə xərclərinin bir neçə ssenaridə təqdim olunması kəskin fiskal konsolidasiyaya ehtiyac yaranacağı halda iqtisadi konyunktur barədə təsəvvürlərin formalaşması və xərclərdə mümkün azalmaların iqtisadi artımda hansı formada nəticələnəcəyi barədə müəyyən mənzərə yaratmış olar. Nəzərə alsaq ki, büdcə gəlirlərində neft amilinin rolunu azaltmaq prioritet məsələlərdən hesab olunur, Dövlət Neft Fondundan olan transferlər üzrə də ssenarilərin hazırlanması bu istiqamətdə həyata keçiriləcək tədbirlərə müəyyən zəmin yaratmış olar”.

Sənəddə o da qeyd edilib ki, 2020-ci ildə 2% artacağı gözlənilən əsas kapitala yönəldilmiş investisiyalara xarici investisiyalar nəzərəçarpacaq artımla (24,3%) müsbət təsir göstərsə də, daxili investisiyalar, o cümlədən dövlət investisiyalarının azaldıcı təsir edəcəyi proqnozlaşdırılıb. 2019-cu illə müqayisədə 2020-ci ildə neft investisiyalarının əhəmiyyətli artacağı, qeyri-neft investisiyalarının isə azalacağı gözlənilir. Başqa sözlə desək, 2020-ci ildə əsas kapitala investisiyaların əsas hərəkətverici qüvvəsi neft sektoru və xarici investisiyalar olacaq.

Cari ildə xarici kreditlər üzrə investisiya layihələrinin icra səviyyəsinin nisbətən aşağı olduğunu və daxili investisiyaların ötən illə müqayisədə 2019-cu illə müqayisədə 2020-ci ildə azalma ilə proqnozlaşdırıldığını nəzərə alsaq, əsas kapitala investisiyaların növbəti il üçün 24,3% səviyyəsində proqnozlaşdırılması səbəbləri ilə bağlı “Büdcə zərfi”nə əlavə izahatların daxil edilməməsi bu istiqamətdə qiymətləndirmələrin aparılmasına şərait yaratmır: “Eyni zamanda, 2019-cu ilin baxılan dövrü ərzində real ifadədə mütəmadi olaraq, artım nümayiş etdirən qeyri-neft sektoru üzrə investisiyaların (məsələn, 9 ay üzrə 8,9% real artım) ilin sonuna nominal ifadədə cəmi 1% artacağı proqnozlaşdırılıb ki, bu istiqamətdə də əsaslandırma sənədləri “Büdcə zərfi”nə daxil edilməyib”.скачать dle 11.3
Mojo.az Banner