Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

“Pokrovka Məhərrəm”in həbsinin təfərrüatları məlum oldu — VİDEO

30.10.2019 23:21 1 965
“Pokrovka Məhərrəm”in həbsinin təfərrüatları məlum oldu — VİDEO
Azərbaycanlı biznesmen, "Pokrovka Məhərrəm" adı ilə məşhur olan Məhərrəm Quliyev Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məhkəmə qərarına əsasən, M.Quliyev miqrasiya qanunlarını pozduğuna görə Rusiya ərazisindən çıxarılacaq.
Median.Az
virtualaz.org-a istinadən bildirir ki, bəzi məlumatlara görə, son vaxtlar M.Quliyev dəbdəbəli həyat tərzi sürüb, gizli kazinolarda böyük məbləğdə pullar uduzub.

Sonuncu dəfə həbs olunduqda isə 3 milyon rubl girov müqabilində azad edilib. Nəticədə müəyyən müddət hüquq mühafizə orqanlarının gözündən yanına bilib.

Bu dəfə M.Quliyev miqrasiya qanunlarını pozduğuna görə saxlanılıb. Hazırda "Pokrovka Məhərrəm" xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzindədir. Onun ölkədən çıxarılması ilə bağlı qərarı Volqoqrad vilayəti Novonikolayevski rayon məhkəməsi verib.

Qeyd edək ki, "Pokrovka" ləqəbini M.Quliyev Pokrovski tərəvəz bazası sayəsində alıb. O, Qərbi Buryulevoda Pokrovka tərəvəz bazasında böyük topdansatış obyektinə sahib olub. Baza 2013-cü ildə kütləvi iğtişaşlardan sonra bağlanıb.
M.Quliyev bazarın ərazisinə daxil olan hər arabadan müxtəlif məbləğlərdə 500-3000 dollar arası haqq alıb. O, hazırda sağ olmayan "Rövşən Lənkəranski"nin qruplaşmasına daxil idi.

Bir neçə il əvvəl M.Quliyev yaşadığı ünvanda polis əməkdaşları tərəfindən saxlanılmışdı. Domodedovo məhkəməsi tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Ev dustaqlığında olmasına baxmayaraq "Pokrovka Məhərrəm" dostları ilə restoranları gəzib, kef məclisləri qurub, təntənəli mərasimlərdə videçarxlar çəkib. Bir müddət sonra isə gizlənməyə müvəffəq olub. Nəhayət, barəsində federal axtarış elan olunub.

Son xəbərlər