Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Tərəvəz mafiyası"nın əsas fiquru "Pokrov Məhərrəm" azadlığa buraxıldı

06.06.2018 16:44 3 076
Rusiyada saxlanılan azərbaycanlı iş adamı Məhərrəm Həsənov ("Pokrov Məhərrəm” kimi məşhurdur) yenidən azadlığa buraxılıb.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, Şəmkirdən olan iş adamı yerli məhkəmənin qərarına əsasən, ev həbsinə buraxılıb.

Qeyd edək ki, Rusiyada "tərəvəz mafiyası”nın əsas fiqurlarından olan iş adamı ilk dəfə bu ilin martın sonlarında Moskva polisi tərəfindən saxlanılmış, qısa müddət sonra azadlığa çıxmışdı.

Dələduzluq maddəsi ilə ittiham olunan "Pokrov Məhərrəm” yenidən Moskva polisi tərəfindən saxlanılsa da, bu gün baş tutan məhkəmədə iş adamı ev dustaqlığına buraxılıb.

Son xəbərlər