Mojo.az Banner
12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |     11:00 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət  |     23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Moskvada avtomobillə üç nəfəri vuran Elmin Quliyev həbs edildi – YENİLƏNİB+VİDEO

23.09.2020 23:23 2 250
Moskvada avtomobillə üç nəfəri vuran Elmin Quliyev həbs edildi – YENİLƏNİB+VİDEO
Rusiyanın Moskva şəhərində üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyev həbs edilib.

Rusiya KİV məlumat verir ki, yerli məhkəmə onun haqqında iki aylıq həbs qətimkan tədbiri seçib.

Quliyev məhkəmədə narkotik maddələr qəbul etdiyini və bunu kürəyindəki ağrılar səbəbindən istofadə etdiyini boynuna alıb.

Araşdırmalar zamanı o da məlum olub ki, Elmin Quliyev bu qəzaya qədər 49 dəfə yol hətəkət qaydalarını pozubmuş və dələduzluğa görə saxlanılıbmış.


***

Rusiyanın Moskva şəhərində üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyev qəza anında narkotik maddənin təsiri altında imiş.

RBK xəbər veir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən məlumat yayılıb.

Qeyd edilib ki, yoxlamalar zamanı sürücünün qanında narkotik maddənin izi aşkarlanıb.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Moskvada “Infiniti” markalı avtomobil “Mercedes”lə toqquşub. Nəticədə “Infiniti” səkidə olan piyadaların üstünə çıxıb. Qeyd olunur ki, Elmin Quliyev maşını qırmızı işıqda, yüksək sürətlə idarə edib.

Qəza nəticəsində dörd nəfər yaralanıb, onların üçü xəstəxanaya yerləşdirilib. Bir nəfər isə xəstəxanaya getməkdən imtina edib. Digər zərərçəkənlərin ikisi - bir kişi və bir qadın piyada, digəri “Infiniti”də olan qadın sərnişindir.

Qeyd edilib ki, qəza törədən avtomobilin sürücüsü 26 yaşlı müğənni Elmin Quliyev ELLEY səhnə adı ilə tanınır.скачать dle 11.3
Mojo.az Banner