Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

NAM Gənclər Sammiti çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTO

25.10.2019 21:10 2 304
NAM Gənclər Sammiti çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTO
Oktyabrın 25-də IDEA İctimai Birliyi, Gənclər və İdman Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının (NAM) Gənclər Sammitinin gənc nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın məlumatına görə, Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində həmin təşkilatın ilk Gənclər Sammitinin gündəliyindəki ən əsas məsələlərdən biri dayanıqlı inkişafın təmin edilməsi, o cümlədən ekoloji problemlərin həlli üzrə qlobal səylərin gücləndirilməsidir.

Dayanıqlı inkişaf naminə birgə qlobal səylərə dəstəyin rəmzi olaraq, NAM Gənclər Sammitində təmsil olunan 40 ölkənin gənc nümayəndələrinin iştirak etdiyi aksiyada paytaxtın 6-cı mikrorayonunda yerləşən köhnə dendroloji park ərazisində 100 ağac əkilib.

Məlum olduğu kimi, ağaclar iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə verir, biomüxtəlifliyin qorunmasına şərait yaradır, havanı oksigenlə zənginləşdirir, sağlam ekoloji mühit yaradır. Hesablamalara görə, dünyada hər il insanlar tərəfindən kənd təsərrüfatı və digər məqsədlər üçün təxminən 15 milyard ağac kəsilir, ümumiyyətlə isə sivilizasiya yaranandan dünyadakı ağacların həcmi 46 faiz azalıb. Ona görə də quruyan, ömrünü başa vuran və kəsilən ağacların əvəzinə daha çox sayda yerli növ ağacların əkilməsi dayanıqlı inkişafın təmin edilməsi üçün olduqca vacibdir.

IDEA İctimai Birliyi vətəndaşları yeni ağaclar əkməklə və ağac kəsintisinin qarşısını almaqla yaşıllıqların qorunmasına töhfə verməyə, üzləşdikləri qeyri-qanuni ağac kəsilməsi halları ilə bağlı xüsusi yaradılan qaynar xəttə (bütün mobil operatorlar və şəhər telefonlarından 1113) məlumat verməyə çağırır.

Son xəbərlər