Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Dərs başlasa da, bu yol hələ də təmir olunur - VİDEO - FOTO

16.09.2019 20:35 2 009
Dərs başlasa da, bu yol hələ də təmir olunur - VİDEO - FOTO
Qabaqlayıcı tədbirlərin görülməsinə, sürücü və valideynlərə xəbərdarlıq olunmasına baxmayaraq builki tədris ilinin də ilk günü tıxacsız ötüşməyib.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin əsas prospekt və yollarında yaranmış süni sıxlığın səbəblərindən biri valideynlərin məktəb və ətrafı ərazilərdə avtomobillərini saxlamaq üçün dayanma durma qaydalarına riayət etməməsi olsa da, digər səbəbi məktəb sezonunun açılmasına az qalmış yollarda təmir işinin başladılmasıdır.

Sürücülər daha çox Xırdalan şəhəri, Heydər Əliyev prospekti, NZS qəsəbəsinin mərkəzindən keçən əsas yoldan gileylidir. Belə ki, paytaxtın iki böyük prospekti olan Nobel ilə Babəki birləşdirən yolun təmir olunması ərazidə ictimai nəqliyyatın fəaliyyətini çətinləşdirib, ərazidə sıxlığın yaranmasına səbəb olub.

Avtomobil Yollar Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli mətbuata açıqlamasında bildirmişdi ki, yol yatağında çökmüş hissələr tam şəkildə çıxarıldıqdan sonra əks dolğu işləri həyata keçiriləcək. Yola ikiqat olmaqla yeni asfalt örtüyü döşənəcək.

Yolda təmir işərinin 1 ay çəkməsi planlaşdırılıb.

Son xəbərlər