Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna dairəsində təmir işləri nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

14.07.2018 16:34 1 732
Ukrayna dairəsində təmir işləri nə vaxta qədər davam edəcək? - AÇIQLAMA
Bakının Ukrayna dairəsində təmir işləri təxminən bir həftə davam edəcək.

Median.Az
xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, adıçəkilən ərazidə təmir işləri hissə-hissə aparılacaq: "Təmir işləri hissə-hissə aparılacaq. Dairənin bir hissəsi asfaltlanandan sonra açılacaq və digər hissədə təmir başlanacaq. Bu müddət ərzində həmin ərazidə hərəkət edən nəqliyyat vasitələrinin yolu dəyişdirilib. Dairəyə giriş bağlanan ilk gün ərazidə sıxlıq yaranmışdı. Səbəb sürücülərin əksəriyyətinin məsələdən xəbərsiz olması idi. Artıq ərazidə vəziyyət normallaşıb və sıxlıq yoxdur".

Xatırladaq ki, iyulun 10-dan etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyünün yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, həmin istiqamətdə hərəkət edən 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə pr. - Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küç - Xudu Məmmədov küç - Gəncə prospekti ilə hərəkət edəcəklər. 62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Məhəmməd Hadi küç - Sarayevo küç - Telnov küç - Neapol dairəsi istiqamətində hərəkət edir.

Son xəbərlər