Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |    
Mojo.az Avto
Mojo.az Avto

Ayı hücumlarının qarşısını necə almaq olar? - “Meşəyə giririk, sonra deyirik, ayı kəndə hücum edib”

16.09.2019 16:47 3 166
Ayı hücumlarının qarşısını necə almaq olar? - “Meşəyə giririk, sonra deyirik, ayı kəndə hücum edib”
Son on gündə ölkə ərazisində, daha dəqiq desək, İsmayıllı və Qubada baş verən ayı hücumları insanları təşvişə salıb.

Hansı hallarda vəhşi heyvanlar kəndlərə üz tutur?

Məsələ ilə bağlı oxu.az-ın əməkdaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, bu kimi halların qarşısının alınmasının yeganə yolu odur ki, insanlar meşə ərazilərinin yoxlanılmamış hissələrinə getməməli, öz mal-qarasını ora buraxmamalıdır:

“Çox təəssüf ki, Azərbaycanda bu kimi hadisələr nadir hal deyil. Bundan başqa, şəhərsalma qaydalarına riayət olunmalıdır. Bir kənd 20 il əvvəl 10 evdən ibarət idisə, bu gün burada 30 ev var. Heç kim soruşmur ki, bu müddətdə tikilən evlər harada yerləşir? Tikə-tikə kəndi böyüdüb meşənin daxilinə doğru gedirlər.

Hamı istəyir, meşənin içində evi olsun, naxırı meşənin qırağında otlasın. İnsanlar meyvə toplamağa, naxırı otarmağa gedəndə meşələrə üz tutur və bu zaman vəhşi heyvanların hücumuna məruz qalırlar”.

Departament direktoru əlavə edib ki, dünyada bu cür hallar xarakterikdir.

“Rumıniyada, Rusiyada, Slovakiyada bu il 100-dən çox ayı hücumu olub. Ölkəmizdə qeydə alınan iki hadisə adi haldır.

Bunun da qarşısını almaq üçün insanlar qaydalara riayət etməlidir. Meşəyə gedəndə yoxlanılmış əraziləri gəzmək lazımdır. Milli park ərazilərinə xüsusi turist marşrutu var”, - deyə o qeyd edib.

H.Əlizadə bildirib ki, çox nadir hallarda ayı, canavar insana hücum edir:

“Bu, yalnız ayı quduz olanda və çox uzun müddət ac qalanda baş verə bilər. Çox nadir hallarda ayı, canavar qəsəbəyə, kəndə girir. Bizə kəndi böyüdüb meşəyə giririk, sonra deyirik, ayı kəndə girdi.

Meşəlik ərazidə yaşayan insanlarımız bilməlidir ki, onların qonşusu Məmməd, Əhməd deyil, ayı, canavar, tülküdür. Həmişə ehtiyatlı olmalıdırlar”.

Son xəbərlər