Mojo.az Banner
21:13 Bəzi məhsullar bahalaşacaq – SİYAHI  |     20:45 Ukrayna Rusiyada neft-kimya kompleksinə zərbə endirdi  |     20:10 "Qəbələ" braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb  |     19:56 Pezeşkian: "Süni intellektə əsaslanan ABŞ İrandakı vəziyyətlə bağlı yanıldı"  |     19:28 Bu gün / 19:12 54 Şahbuzda VAZ aşdı: 76 yaşlı qadın həyatını itirdi  |     19:25 DTX: "Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır"  |     18:23 Bakıda tanışlarını bıçaqlayan şəxsə prokuror ağır cəza istəyib  |     18:15 I ixtisas qrupunda "pulsuz" yerlərin sayı bəlli oldu  |     18:03 KMBİ: Qanunsuz dövriyyəsi 10 milyon manat olan onlayn mərc şəbəkəsi ifşa edildi - Video  |     17:53 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:36 Səhər oyanan kimi telefona baxanların nəzərinə  |     17:29 DİQQƏT! - Bakıda 9 marşrutun hərəkət sxemi dəyişdirildi  |     17:26 PSJ Ferran Torresi almaq istəyir  |     17:18 Məktəbə bir ay qalmış valideynlər nə etməlidir? – Ekspert məsləhətləri  |     17:11 İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı: Bir nəfər axtarışa verildi - FOTO  |     17:01 "AYB-nin poliklinikası sovet dövründən qalıb" — SORĞU  |     16:41 Yasamalda açıq sahə yanır  |     16:40 FIFA-da qiyam: Üç böyük konfederasiya Canni İnfantinoya qarşı birləşdi  |     16:36 Bakıda dənizdə iki qadın boğulub  |     16:31 Azərbaycanda orta aylıq əməkhaqqı 1 174 manata yüksəlib  |    
Left Banner
Right Banner

Hakim ağır cinayətdə ittiham olunan şəxsə bəraət verdi - Qalmaqal yarandı

27.10.2025 17:03 684
Hakim ağır cinayətdə ittiham olunan şəxsə bəraət verdi - Qalmaqal yarandı
Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət hökmü qalmaqala səbəb olub.

Qaynarinfo-nun məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə istintaqında təqsirləndirilən şəxs B.Nurməmmədova Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə mühakimə olunub.

İş materiallarından aydın olur ki, B.Nurməmmədov İ.Quliyev adlı şəxsdən hədə-qorxu yolu ilə pul tələb edib. Lakin məhkəmə zamanı B.Nurməmmədov verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, İ.Quliyevlə şərikli iş görüblər. Lakin sonradan zərərçəkmiş ona çatacaq 50 000 manatı verməkdən yayınıb.

İ.Quliyevin ifadəsi olə B.Nurməmmədovun dedikləri ziddiyyət təşkil edib. Zərərçəkmiş bildirib ki, satmaq məqsədi ilə 4 mərtəbəli ev tikdirib. Tikintidə işləyən ustaları isə B.Nurməmmədov tapıb. İ.Quliyevin sözlərinə görə, ustaların pulunu vaxtlı-vaxtında verib. Özü də B.Nurməmmədovun vasitəsi ilə. Sonradan inşaat materialların oğurlandığı görə B.Nurməmmədovu tikintidən uzaqlaşdırıb.

Bir müddət keçdikdən sonra B.Nurməmmədov evin satıldığını eşidərək ondan 50 000 manat pul istəyib. İ.Quliyev isə B.Nurməmmədovun işdə əhəmiyyətli bir rolu olmadığına görə pulu verməkdən imtina edib.

Bundan sonra B.Nurməmmədov İ.Quliyevi hədələməyə başlayıb. İş o yerə çatıb ki, İ.Quliyev 10 000 manat verməklə təqsirləndirilən şəxsdən yaxa qurtarmaq istəyib.

B.Nurməmmədov 10 000 manat aldıqdan sonra bir də ondan pul istəməyəcəyinə dair söz versə də, sonradan yenidən pul tələb edib. İ.Quliyev də ona hissə-hissə olmaqla daha 20 000 manat verib. Hər dəfə pulu aldıqdan sonra İ.Quliyevdən pul istəməyəcəyinə dair söz verən B.Nurməmmədov bir müddət keçdikdən sonra yenidən pul tələb etdiyinə görə zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalıb.

Məhkəmə zamanı şahid ifadələri də zərərçəkmişin ifadəsi ilə oxşarlıq təşil edib. Buna baxmayaraq, hakim B.Nurməmmədovun əməlində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət hadisəsinin olmadığı qənaətinə gəlib və onun barəsində bəraətverici əsaslarla hökm çıxarıb.

Hakimin bu addımı qarşı tərəfin etirazına səbəb olub. Zərəçəkmiş hökmdən apellyasiya şikayəti, dövlət ittihamçısı isə protest verəcəyini bildirib. Həmçinin məsələ ilə bağlı Məhkəmə Hüquq Şurasına da müraciət ediləcəyi bildirilir.скачать dle 11.3
Mojo.az Banner