Azərbaycan Milli Dirçəliş Gününü qeyd edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 İzmirdə meşə yanır - 3 nəfər tutuldu  |     22:46 ABŞ Kanada ilə ticarət danışıqlarını dayandıracaq  |     22:31 Naxçıvanda məclis faciə ilə bitdi: "Cibinə siqaret al, qoy" deyən dostunu öldürdü  |     22:06 İtkin düşmüş hesab edilən Lerik sakininin qalıqları 82 il sonra Rusiyada tapıldı  |     21:54 DİN sürücü və valideynlərə xəbərdarlıq edib  |     21:38 Ukraynadan xüsusi əməliyyat: Rusiyanın Su-34 qrıcıları məhv edildi  |     21:28 Sertifikatlaşdırma imtahanında unikal hadisə: Ana və qızı eyni gündə yüksək BAL TOPLADILAR  |     21:21 "Fitch": Azərbaycan neft və qaz hasilatında sabit həcmləri qoruyub saxlayacaq  |     21:14 Bakı-Balakən-Bakı qatarının vaqon sayı artırılır  |     21:07 Ötən gün itkin düşən 9 nəfər tapılıb  |     21:01 Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq  |     20:56 Brüsseldə fikir ayrılıqları: Rusiyaya qarşı 18-ci sanksiya paketi və Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı uğursuz danışıqlar  |     20:51 "Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir  |     20:44 “Fitch” Azərbaycan manatının növbəti 5 ildə sabit qalacağını gözləyir  |     20:38 Ötən gün axtarışda olduğuna görə ümumilikdə 84 nəfər saxlanılıb  |     20:32 "Mançester Yunayted" 39 yaşlı qapıçı ilə müqavilə müddətini uzadıb  |     20:25 Rusiya və İran arasında hava əlaqəsi bərpa edilib  |     20:20 “Fitch”: Azərbaycan iqtisadiyyatı yaxın beş ildə orta hesabla 2,5 % artacaq  |     20:12 Yasamalda restorandan oğurluq olub  |     20:07 Abşeron və Qaradağda 17 min manatdan çox oğurluq edən şəxslər saxlanılıb  |    

Azərbaycan Milli Dirçəliş Gününü qeyd edir

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır.

1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsas qoyulub. Bu gün Azərbaycanda Meydan hərəkatının 29-cu ildönümü tamam olur.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub.

Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb.

17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 531 17.11.18 13:37