Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Tibb işçisi onlayn diplom alıb travmatoloq kimi işləyir? - Dəhşətli İDDİA (VİDEO)

27.06.2025 11:58 1 233
Tibb işçisi onlayn diplom alıb travmatoloq kimi işləyir? - Dəhşətli İDDİA (VİDEO)
Baku TV-nin qaynar xəttinə vətəndaşdan şikayət daxil olub.

Şikayətdə iddia olunur ki, paytaxtın Abşeron rayonu ərazisində yerləşən "Türkmed" klinikasında özünü travmatoloq kimi təqdim edən Əhməd Əhmədzadə adlı həkim işləyir, lakin onun bu sahə üzrə heç bir təhsili yoxdur.

Həqiqəti aşkarlamaq üçün Baku TV-nin əməkdaşı sözügedən klinikada olub.

Əhməd Əhmədzadə travmatologiya üzrə rezidentura təhsilini xaricdəki universitetlərdən birində onlayn formada aldığını söyləyib. O, onlayn təhsil almağına dair diplomunun "MedEra Hospital"da olduğunu bildirib.

"MedEra" hospitalın baş direktoru İbrahim Əliyev isə Əhməd Əhmədzadənin adıçəkilən klinikada həkim kimi çalışmadığını deyib: "O, bu klinikada əməliyyat zamanı travmatoloqun yanında yalnız köməkçi kimi iştirak edir".

Qeyd edək ki, Əhməd Əhmədzadə Türkiyənin Artvin Çoruh Universitetində yalnız tibb qardaşı ixtisası üzrə təhsil alıb. Travmatologiya üzrə isə təhsili yoxdur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri arasında Əhməd Cəmasəddin oğlu Əhmədzadənin adı yoxdur: "Göstərilən faktla əlaqədar Analitik Ekspertiza Mərkəzində işçi qrupu tərəfindən ciddi araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək".скачать dle 11.3

Son xəbərlər