Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Fitch": Azərbaycan neft və qaz hasilatında sabit həcmləri qoruyub saxlayacaq

27.06.2025 21:21 1 230
Azərbaycanda neft hasilatı 2025-ci ildə gündəlik 576 min barel, 2026-cı ildə isə 571 min barel səviyyəsində proqnozlaşdırılır.

Median.Az
bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatına istinadən xəbər verir.

Agentliyin qiymətləndirməsinə görə, Azərbaycan hökuməti əsas prioritetlərdən biri kimi Azəri–Çıraq–Günəşli (AÇG) yatağında hasilatın sabitləşdirilməsinə üstünlük verir. Yaxın perspektivdə bu yataqdan gündəlik təxminən 340 min barel neft hasil olunacağı gözlənilir.

Təbii qazla bağlı proqnozlara gəldikdə isə, "Fitch Ratings" hesab edir ki, 2025-ci ildə Azərbaycanda qaz hasilatı 50,3 milyard kubmetrə çatacaq. Bu artıma AÇG yatağında dərin qaz (deep gas) layihəsi çərçivəsində hasilatın başlanması təkan verəcək. 2026-cı ildə isə bu göstəricinin bir qədər azalaraq 49 milyard kubmetr olacağı gözlənilir.

Rəsmi statistikaya əsasən, 2025-ci ilin yanvar–may aylarında Azərbaycanda ümumilikdə 20 milyard 910,8 milyon kubmetr təbii qaz hasil edilib. Bunun 16 milyard 192,8 milyon kubmetri əmtəəlik qaz olub.

Eyni dövrdə qaz kondensatı da daxil olmaqla neft hasilatı 11 milyon 438,3 min ton təşkil edib ki, bunun da 11 milyon 411,4 min tonu əmtəəlik neftin payına düşür.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), MOL (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.

Son xəbərlər