Mojo.az Banner
23:01 Çəki gedir, bəs sağlamlıq? – Mədəkiçiltmə əməliyyatının təhlükəli tərəfləri  |     22:54 Nazir onu direktor TƏYİN ETDİ  |     22:48 Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA  |     22:34 Biləsuvarda mübahisə ölümlə nəticələndi: 16 yaşlı oğlan saxlanıldı  |     22:26 Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU  |     22:16 Qəzzanın polis rəisi İsrailin zərbəsi nəticəsində ölüb  |     22:03 Liftdən istifadə ömrümüzü qısaldır  |     21:58 Doktorantlara hansı hallarda hərbi möhlət verilir? - Rəsmi cavab  |     21:50 “Həzi Aslanov” nə vaxt açılacaq?  |     21:42 Məktəbli formalarının qiymətləri açıqlandı – RƏSMİ  |     21:37 Arıqlama dərmanları təhlükəlidir ? - Bu problemlə üzləşə bilərsiniz  |     21:30 "Bu, qatarlar arasında intervalı azaldacaq"  |     21:25 Azərbaycandakı "Qocalar ev"ində yaşayanların sayı azalıb  |     21:18 Qriqoryan həbs edilmək üçün saxlanıldı  |     21:11 “Şəfa” fransalı futbolçunu heyətinə qatdı  |     21:05 Azyaşlılar üçün ingilis dili imtahanına qeydiyyat başladı  |     20:39 Rusiya Ermənistana şərt qoydu  |     20:33 Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı  |     20:13 Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı: Oyun başladı - CANLI YAYIM  |     20:02 Kəlbəcərdə mina partladı: Xəsarət alan var  |    
Left Banner
Right Banner

Brüsseldə fikir ayrılıqları: Rusiyaya qarşı 18-ci sanksiya paketi və Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı uğursuz danışıqlar

27.06.2025 20:56 1 272
Brüsseldə fikir ayrılıqları: Rusiyaya qarşı 18-ci sanksiya paketi və Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı uğursuz danışıqlar
Avropa İttifaqının (Aİ) 27ölkəsinin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən və dünən gecə saatlarında başa çatan Avropa Şurasının sammitində mühüm məsələlər müzakirə edilsə də, heç bir önəmli qərar qəbul edilmədi. Rusiyaya qarşı qəbul edilməsi vəd olunan 18-ci sanksiya paketinin təsdiqlənməməsi isə böyük məyusluq doğuran məqam oldu.

“Report”un Avropa bürosunun məlumatına görə, yorğun liderlər gecə gec saatlarda dağılışdılar, onların bir çoxu hətta yekun bəyanat gözləyən jurnalistlərə yaxınlaşmadı belə.

Görüş başlamazdan əvvəl artıq aydın idi ki, Macarıstan və Slovakiya sanksiyalar və Ukrayna ilə bağlı qabaqcadan sərgilədikləri mövqelərdən geri çəkilmək niyyətində deyillər.

Bu arada, Niderlandın Baş naziri Dik Sxof nikbinliklə bildirib ki, Slovakiya ilə ayrıca danışıqlardan sonra yaxın bir neçə həftə ərzində sanksiyalar təsdiqlənəcək.

Məyusluq doğuran digər məqam Ukraynaya Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamaq hüququnun verilməsi ideyasının Macarıstan tərəfindən bloklanması oldu.

Məlum olduğu kimi, 9 iyul ABŞ ilə ticarət rüsumları ilə bağlı razılaşmanın əldə edilməsi üçün son tarixdir. Aİ liderləri ABŞ ilə aparılacaq ticarət danışıqları ilə bağlı mövqelərini razılaşdırıblar.

Bir çox liderlərin fikrincə, ən ehtimal olunan nəticə "Britaniya variantı", yəni 10 % barədə razılaşma olaraq qalır. Bunu xüsusilə Litva Prezidenti Gintaris Nauseda və Niderlandın Baş naziri Dik Sxof bəyan ediblər.

Görünür, bu danışıqları asanlaşdırmaq üçün ÜTT-yə alternativin yaradılması barədə yeni ideya irəli sürülüb. Bu ideya Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə məxsusdur və 27 Aİ ölkəsinin CPTPP (Trans-Sakit Okean Tərəfdaşlığı üzrə Hərtərəfli və Mütərəqqi Saziş) blokunun 12 üzvü ilə səyləri birləşdirməklə yeni ticarət təşkilatının yaradılmasından ibarətdir. CPTPP iştirakçılarını (Böyük Britaniyanın iştirakı ilə) azad ticarət haqqında razılaşma birləşdirir.скачать dle 11.3
Mojo.az Banner