Prezident: "Binalar biri-birinin yanında, həyətlərdə tikilir: KİM İCAZƏ VERİR?! » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Sabahın hava proqnozu AÇIQLANDI  |     17:16 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib  |     16:59 Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO  |     16:33 Əcnəbilər üçün iş icazəsini elektron üsulla əldə etmək mümkün olacaq  |     15:49 Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə TƏSDİQLƏNDİ  |     13:37 Laçında hərbçilərin iştirakı ilə yürüş təşkil olunub  |     12:40 Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımız qaldırıldı  |     12:38 Xankəndi şəhərində Zəfər Günü münasibətilə yürüş keçirilir  |     12:21 "Windows"da "Paint" və "Notepad"da süni intellekt funksiyaları yarandı  |     23:04 Unun qiyməti ARTDI – Çörək də BAHALAŞACAQ?  |     22:45 COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək şəxsin adı açıqlanıb  |     22:22 Rusiyanın Zaporojya bölgəsinə hücumu onkoloji mərkəzə ziyan vurub, 4 nəfər ölüb  |     21:59 "Budyo Qlimt" - "Qarabağ" oyunu start götürüb  |     21:35 Gəncədə avtomobil tibb işçisini vuraraq öldürüb  |     21:20 ABŞ-da 40 eksperimental meymun laboratoriyadan qaçdı  |     21:11 İsrail qırıcıların alınması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzalayıb  |     21:01 Bu univermağın fəaliyyəti dayandırıldı - VİDEO  |     20:55 Elza Seyidcahan: "Rəfaellə Coşqun qızıllarımı qaytarmır"  |     20:40 Sabahdan məktəblilərin 17 günlük tətili başlayır  |     20:34 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib  |    

Prezident: "Binalar biri-birinin yanında, həyətlərdə tikilir: KİM İCAZƏ VERİR?!

"Bakı parlayan bir ulduzdur. Ancaq, eyni zamanda, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

Prezident qeyd edib ki, binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir: "Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox.

Biz paytaxtımızı parklar, bağlar, ictimai zonalar şəhərinə çevirmişik. İndi yadınıza salın, əvvəlki dövrlərdə qanunsuz tikilmiş, bir-birinin içinə girmiş binalar həm orada yaşayanlara, həm də şəhər əhalisinə nə qədər əziyyət verirdi. İndi biz təmizlənmiş və sakinləri köçürülmüş yerlərdə ictimai zonalar yaradırıq, orada binalar tikilmir. Bulvar 3 kilometrdən 16 kilometrə uzadılıb, böyük bir ictimai zonadır. Böyük parklar salınıb. Heydər Əliyev Sarayının arxasında gözəl park yaradılıb. Biz oradan vətəndaşları köçürəndə bəziləri deyirdilər, köçürürlər ki, binalar tikilsin. Gözəl bir parkdır. Azərbaycan Dram Teatrının arxasındakı “Sovetski” adlandırılan ərazidəki biabırçı mənzərə aradan götürülür. Yenə də deyirdilər ki, orada binalar tikilir. İndi orada yol qovşaqları tikilir, yol hərəkətinə nəfəs verilir, parklar salınır. Onlarla, yüzlərlə belə işlər indi göz qabağındadır. Vaxtilə bəzi cinayətkarlar tərəfindən qanunsuz zəbt edilmiş yerlərdə indi parklar yaradılır. Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində vaxtilə böyük bir ərazi zəbt edilmişdi, istifadəsiz qalırdı. İndi orada böyük parklar salırıq ki, insanlar gəlib dincəlsinlər, istirahət etsinlər. Heydər Əliyev Mərkəzinin qarşısında böyük ictimai zona yaradılıb. Vaxtilə orada işləməyən, dağılmış vəziyyətdə olan zavod yerləşirdi. Yəni, biz bunu edirik. Ancaq götürüb ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək. Bir daha demək istəyirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan heç bir bina tikilə bilməz", ", - deyə o əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 042 10.07.18 12:13