Qlobal Bakı Forumu başa çatdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:35 Məhkəmə Bakıda sürücünü ölümcül döyən şəxslərlə bağlı QƏRAR VERDİ  |     14:02 Şərurda 83 yaşlı kişi yanaraq ölüb  |     13:57 Məcəllə təsdiq olundu: Kimlər pulsuz ev alacaqlar?  |     13:54 "Mançester Yunayted" klubu daimi iqamətgahını dəyişdirəcək  |     13:48 Balakəndə 68 yaşlı kişi evində özünü asdı  |     13:45 Bakıda yük avtomobili qadını vuraraq öldürüb  |     13:41 FHN Yel çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO  |     13:35 Ceyhun Bayramov Qazaxıstanda rəsmi səfərdədir  |     13:33 Yeni buz dövrü nə vaxt başlayacaq? - Alimlərdən AÇIQLAMA  |     13:31 "Trabzonspor"da yeni baş məşqçi  |     13:30 Azərbaycan Ermənistanın mina təhlükəsi ilə bağlı ittihamlarına cavab verdi  |     13:22 Azərbaycan BMT-də minaların fiziki məhdudiyyətli insanlara təsiri ilə bağlı narahatlığını ifadə edib  |     12:59 ABŞ-nin IT sektoru Trampın sözlərindən sonra 1 trilyon dollar itirib  |     12:37 Azərbaycanın gənc güləş komandası ardıcıl 4-cü dəfə Avropa çempionu oldu  |     12:17 Müəllimləri təhqir edən qalmaqallı direktora 5 min manatlıq rüşvət İDDİASI - AUDİO (VİDEO)  |     12:10 Avtomobilə hücum edib sürücünü ölümcül hala saldılar - VİDEO (YENİLƏNİB)  |     12:01 Moskvaya kütləvi dron hücumu nəticəsində ölənlərin sayı artdı - FOTO / VİDEO (YENİLƏNİB)  |     11:55 Moskvada hava məkanı bağlandı - Bakıdan Rusiya paytaxtına olan reyslərdə gecikmələr var  |     11:53 Baş Dövlət Yol Polisi İdarəsindən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ  |     22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |    

Qlobal Bakı Forumu başa çatdı

“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu martın 17-də işini başa çatdırıb.
Median.az Azərtac-a istinadən xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa Forumun bağlanış mərasimində çıxış edərək bu tədbirin əhəmiyyətini yüksək dəyərləndirib. O, VI Qlobal Bakı Forumunda dünyaya önəmli mesajlar çatdırıldığını söyləyib. Vayra Vike-Freyberqa hər zamankı kimi bu dəfə də Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi olduqlarını vurğulayıb.

Moldovanın Prezidenti İqor Dodon tədbirin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Hökumətinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib. O qeyd edib ki, hazırda bütün dünyada bir çox problemlər mövcuddur. Bu Forum həmin problemlərin həllində mühüm rol oynayacaq. Burada təhlükəsizliyin, sabitliyin əldə edilməsi, xalqlararası və dinlərarası dialoqun təşviqi ilə bağlı önəmli məsələlər müzakirə olunub.

İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta da Forumun işinin uğurlu olduğunu deyib. Bildirib ki, bu Forum ölkələrarası münasibətlərin inkişafına, sülhün bərqərar olmasına layiqli töhfə verəcək. “Bu tədbirdə biz öz təcrübələrimizi və ideyalarımızı bölüşdük. Bu kimi tədbirlər gələcəkdə davam etməlidir. Burada iş adamlarının da iştirakı təmin edilməlidir”, – deyə o əlavə edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov VI Qlobal Bakı Forumunun işini böyük müvəffəqiyyətlə başa vurduğunu deyib. O əlavə edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yarandığı gündən bu vaxtadək qısa zaman kəsiyində böyük uğurlara nail olub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin qeyd edib ki, inklüziv cəmiyyətlərin formalaşmasında bu tədbirin xüsusi əhəmiyyəti var. Forumda səslənən dəyərli fikirlər, təkliflər təşviq edilməli, buradakı mesajı liderlər öz ölkələrinə çatdırmalıdırlar.

Bununla da VI Qlobal Bakı Forumu öz işini başa çatdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 060 17.03.18 22:32