Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Ermənistanın mina təhlükəsi ilə bağlı ittihamlarına cavab verdi

11.03.2025 13:30 801
Azərbaycan Ermənistanın mina təhlükəsi ilə bağlı ittihamlarına cavab verdi
Azərbaycan Ermənistanın əsassız ittihamlarını rədd edib və işğaldan zərər çəkmiş ərazilərinin minalardan təmizlənməsində beynəlxalq dəstəyin vacibliyini vurğulayıb.

Bu barədə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında Ermənistan təmsilçisinin iddialarına cavab bəyanatında bildirilib.

Martın 10-da BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilmiş 58-ci sessiyasında Azərbaycan Ermənistan nümayəndə heyətinin öz ünvanına yönəlmiş ittihamlarını təkzib edib, yalan narrativlərin təkrarlanmasının dayandırılmasına çağırıb. Bəyanatda vurğulanıb ki, Azərbaycan dünyada mina silahı ilə ən çox çirklənmiş ölkələrdən biridir, Ermənistanın işğalı dövründə onun ərazilərində 1,5 milyondan çox mina və çoxsaylı digər partlayıcı qurğular basdırılıb. Azərbaycan ərazisinin 13 %-dən çoxu minalarla çirklənmiş vəziyyətdə qalır.

"Minaların və tələlərin yaşayış məntəqələrində və obyektlərində, keçmiş cəbhə xəttindən uzaqda, dinc sakinlərin qovulduğu və qayıtmalı olduqları məskənlərdə yerləşdirildiyinə dair çoxsaylı sübutlar var. Hətta qəbiristanlıqlar və mədəni obyektlər də maksimum itkilər yetirmək məqsədilə minalanıb", - sənəddə qeyd olunub.

2020-ci ildə müharibənin başa çatmasından bəri Azərbaycanda təxminən 180 min hektar ərazi təmizlənib, burada 56 460 mina və 121 188 partlayıcı obyekt aşkar edilib. Buna baxmayaraq, mina təhlükələri azad edilmiş ərazilərin bərpasına və inkişafına əngəl törətməyə davam edir, məcburi köçkünlərin təhlükəsiz qayıdışını çətinləşdirir və təxminən 4 min itkin düşmüş Azərbaycan vətəndaşının axtarışlarını mürəkkəbləşdirir.

Ermənistan nümayəndə heyətinin mümkün şübhələrinə cavab olaraq, Azərbaycan beynəlxalq təşkilatlara təqdim edilmiş hesabatlarla tanış olmağı təklif edib.

Azərbaycan qeyd edib ki, 2020-ci ildən bəri ölkənin humanitar minalardan təmizlənməsi üçün xarici mənbələrdən lazım olan resursların cəmi 6 %-i ayrılıb və bu məsələdə beynəlxalq həmrəyliyin və dəstəyin vacibliyini vurğulayıb.

Son xəbərlər