Mojo.az Banner
17:05 Kanat qurğusu niyə FHN-in nəzarət siyahısında olmayıb? – RƏSMİ CAVAB  |     16:09 Yevlaxda arxlar daşıb, həyətləri çirkab sular basıb - VİDEO  |     16:01 Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR  |     15:56 Xalq artisti Aleksandr Şarovski dəfn edilib  |     15:55 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     15:35 Gəncədə keçmiş kollec direktorlarına cinayət işi açıldı - FOTO  |     15:33 Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ  |     15:30 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb  |     14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |     13:58 Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi  |     13:57 Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     13:39 İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər  |     13:37 Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ  |     13:27 Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib  |     13:24 Bakıya yağış yağacaq  |     12:59 Zərdabda yanaraq ölənlər bir ailənin üzvü imiş - YENİLƏNİB  |     12:52 Zubir Səudiyyə klubunda çıxış edə bilməyəcək  |     12:46 ABŞ-İran gərginliyi neftin qiymətini artırdı  |    
Left Banner
Right Banner

Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı - VİDEO

10.03.2025 15:25 1 179
Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı - VİDEO
Rusiyanın "Rossiya-1" televiziya kanalında Dmitri Kiselyovun aparıcılığı ilə yayımlanan "Vesti nedeli" proqramında ümummilli lider Heydər Əliyevə həsr olunmuş reportaj göstərilib.

Reportajda Moskva şəhərində Azərbaycan səfirliyinin yaxınlığındakı parkda Heydər Əliyevə abidə qoyulması planlarından bəhs edilib.

Bildirilir ki, Baykal-Amur Magistralının (BAM) tikinti işçiləri bu abidənin qoyulması xahişi ilə Moskvaya müraciət ediblər, çünki Heydər Əliyev "əsrin tikintisi"nin təşkilatçılarından biri olub və SSRİ Nazirlər Sovetinin BAM layihəsinin icrasına məsul komissiyasına rəhbərlik edib.

Bundan əlavə, ötən gün Rusiyanın "Perviy kanal"ında da eyni mövzuya dair reportaj yayımlandı.

"Moskvada tezliklə Heydər Əliyevin abidəsi olacaq. Bu həftə Azərbaycan səfirliyinin yaxınlığındakı parkda abidənin təməl daşı qoyuldu. Milyonlarla rusiyalı üçün bu siyasətçinin adı Baykal-Amur Magistralı ilə bağlıdır. Böyük miqyaslı və unikal logistika layihəsi əsasən Heydər Əliyevin səyləri və qərarlılığı sayəsində həyata keçirilib. Təbiət və texniki problemlərə əlavə olaraq iqtisadi çətinliklərə baxmayaraq, magistral vaxtında istismara verilib", - deyə aparıcı qeyd edib.скачать dle 11.3
Mojo.az Banner