Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

FHN Yel çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO

11.03.2025 13:41 900
FHN Yel çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO
Fövqəladə Hallar Nazirliyi Yel çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bu gün xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Yel çərşənbəsini qeyd edir:

"Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlinir ki, bu da sonda acı nəticələrə gətirib çıxarır.

Belə ki, ötən çərşənbə Bərdə rayonunda 2019-cu il təvəllüdlü azyaşlı N.Qurbanzadənin bayram tonqalına yıxılaraq aldığı müxtəlif dərəcəli yanıq xəsarətlərindən vəfat etməsi xəbəri ölkə ictimaiyyəti tərəfindən kədərlə qarşılandı.

Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!"

Son xəbərlər