Azərbaycan və Gürcüstanın baş nazirləri Əli Əsədovla İrakli Kobaxidze Bakıda görüşüblər.
Bu barədə məlumatı İ.Kobaxidze "X" hesabında paylaşıb.
Görüş Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 10-cu iclası çərçivəsində baş tutub.
"Biz qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə etdik. Ticarət və iqtisadi sektorlarda, eləcə də enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladıq. Strateji tərəfdaşlığımız regional sabitlik və tərəfdaşlarımız üçün təhlükəsiz əlaqələrin təmin edilməsində mühüm rol oynayır", - İ.Kobaxidze vurğulayıb.