Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Xəzər sahillərində 18-ci əsrə aid gəmi tapıldı  |     22:46 Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir?  |     22:28 11 ayda 9 milyon manatlıq dərman istehsal edilib  |     22:12 Ağdamda ağır xəstə özünü öldürdü  |     21:55 Pakistanda bombalı hücum: Çox sayda ölü və yaralı var  |     21:38 2024-cü ilin ən populyar mahnısı (VİDEO)  |     21:27 Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır  |     21:05 "Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur"  |     20:43 Süni intellekt onların biznesini zəiflətdi - "Getty Images" və "Shutterstock" birləşəcəkmi?  |     20:29 Azərbaycan klubu amerikalı voleybolçu transfer edib  |     20:15 Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər  |     20:01 Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir - SIYAHI  |     19:33 Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı  |     19:19 Bayden Messini ABŞ Prezidentinin "Azadlıq" medalı ilə təltif edəcək  |     18:57 Fransa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb  |     18:37 Yararsız avtobusları xəttə kim buraxır? (AÇIQLAMA)  |     18:19 Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı  |     18:05 Dünyanın ən yaşlı insanı vəfat etdi  |     17:45 Metronun "Xətai" stansiyasındakı insident araşdırılır: Polisə müraciət edilib - VİDEO  |     17:31 Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib  |    

Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub

Azərbaycanın paytaxtı Bakıdan Suriyaya getmək üçün yola düşən və 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını (TIR) Sarp sərhəd-keçid məntəqəsindən Türkiyəyə daxil olub.

Bu barədə Median.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan dövlətinin Suriyaya göndərdiyi humanitar yardım Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası altında ölkə üzərindən tranzit yolu ilə keçərək Çobanbeyə çatdırılacaq. Yardım maşınları Kilisdəki Çobanbey sərhəd-keçid məntəqəsindən keçdikdən sonra AFAD-ın logistika anbarlarına təhvil veriləcək. Anbarlarda görülən hazırlıqlardan sonra məhsullar Suriyada yardıma ehtiyacı olan ailələrə paylanacaq.

Qeyd edək ki, dekabrın 30-da Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilib. On yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            180 03.01.25 12:08