ICGB: "Ukrayna üzərindən qaz tranzitinin dayandırılması Şaquli dəhlizin əhəmiyyətini artırır" » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:39 Torpaq icarəsinin ƏDV-dən azad olunması sahibkarlara nə verəcək? (ŞƏRH)  |     21:31 Koreya prezidentinin ölkədən kənara çıxmasına qadağa qoyula bilər  |     21:25 Xarici maşınları yoxlamaq üçün yaradılacaq "VİN kod" axtarış sistemi nə vaxtdan işləyəcək? (VİDEO)  |     21:18 Qramla satılan ətirlərin təhlükəsi: Bir çox xəstəliklər yarana bilər  |     21:13 "Milan"ın futbolçusu zədə səbəbindən bu ilin sonuna qədər sıradan çıxıb  |     21:04 “Time” jurnalı "İlin adamı" adına namizədləri açıqlayıb  |     20:58 Xocalıda əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib  |     20:47 Nazirlər Kabineti aviasiya ilə bağlı iki qaydanı təsdiqləyib  |     20:42 “Haber Global”: Türkiyə-Suriya sərhədində qələbəlik yaşanır  |     20:36 ABŞ səfiri Gəncədə Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının xatirəsini yad edib  |     20:30 KİV: Suriyada qadınların hicab taxmağa məcbur edilməsi qadağan olunub  |     20:23 Ötən həftə azad olunan torpaqlarda 768,4 hektar ərazi minalardan təmizlənib  |     20:18 KİV: Suriyanın bəzi şəhərlərində komendant saatı tətbiq edilib  |     20:09 Sumqayıtda qadının yeddi min manatı oğurlanıb  |     20:01 Qazaxıstan XİN: Suriya üzrə danışıqların Astana formatının taleyi sual altındadır  |     19:54 Türkiyənin Gürcüstanla sərhəd bölgəsində torpaq sürüşməsi olub, magistral yol bağlanıb  |     19:45 Bu həftə səsvermə vəsiqələrinin MSK-dan dairə seçki komissiyalarına verilməsi yekunlaşır  |     19:39 "Botafoqo" klubu 29 ildən sonra Braziliya çempionu olub  |     19:32 Sumqayıtda 75 yaşlı piyadanı avtomobil vuraraq öldürüb  |     19:18 Konqoda 30-dan çox insan naməlum xəstəlikdən ölüb  |    

ICGB: "Ukrayna üzərindən qaz tranzitinin dayandırılması Şaquli dəhlizin əhəmiyyətini artırır"

"Gələn ilin yanvar ayından Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin dayandırılması ehtimalı Şaquli Qaz Dəhlizinin əhəmiyyətini artırır".

"Report" xəbər verir ki, bu barədə ICGB boru kəməri şirkətinin (Yunanıstan-Bolqarıstan interkonnektorunun operatoru) baş direktoru Teodora Georgiyeva COP29-un kuluarlarında jurnalistlərə bildirib.

O qeyd edib ki, hazırda şirkət IGB qaz kəmərinin ötürücülük qabiliyyətinin ildə 5 milyard kubmetrə çatdırılması imkanının reallaşdırılması üzərində işləyir.

"Biz hazırda IGB-nin genişləndirilməsi üzərində işləyirik, çünki təkcə Trans-Adriatik Boru Qaz Kəməri (TAP), Cənub Qaz Dəhlizi və Azərbaycanla əlaqəli deyilik, həm də Şaquli Qaz Dəhlizinin bir hissəsiyik, belə ki, Aleksandrupolisdə mayeləşdirilmiş qaz terminalı artıq istifadəyə verilib. Bu baxımdan IGB-nin ildə 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər genişləndirilməsi üçün böyük potensialın olduğunu düşünürük. Bundan əlavə, bu ilin sonunda Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması təhlükəsi Cənub Qaz Dəhlizi ilə birlikdə Şaquli qaz dəhlizinin əhəmiyyətini artırır", - o bildirib.

T.Georgiyeva əlavə edib ki, IGB-nin gücünün artırılması yolunda əsas problem Aİ tərəfindən karbohidrogen layihələrinə maliyyə dəstəyinin olmamasıdır.

"Bu, yolumuzda duran bəzi maneələrdir, lakin hesab edirəm ki, biz Şaquli Qaz Dəhlizinin digər iştirakçıları ilə birlikdə bunun öhdəsindən gələcəyik", - o qeyd edib.

T.Georgiyeva, həmçinin bildirib ki, Azərbaycan Bolqarıstan üçün enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm rol oynayır. "O, çox etibarlı tərəfdaşdır. Əgər Azərbaycan 2020-ci ildən Bolqarıstanın qaza olan tələbatının 30 %-ə qədərini təmin edirdisə, ölkədə istehlakın azaldığını nəzərə alsaq, bu, indi daha çoxdur. Bolqarıstanın ildə 3 milyard kubmetrdən az olan daxili qaz istehlakından ildə 1 milyard kubmetri Azərbaycandan çox əlverişli qiymətə daxil olur və biz belə etibarlı tərəfdaşımızın olmasına çox şadıq", - T.Georgiyeva vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            207 13.11.24 18:54