Ukraynada səfərbərlik: 160 min hərbçi ilə bağlı plan hazırlanır » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:46 Sabah yağış yağacaq, külək əsəcək  |     19:39 Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir  |     19:33 “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs Ali Məhkəməyə müraciət edib  |     19:25 KTM: Yanvar ayında üç nəfər zəhərlənmədən ölüb  |     19:19 Biləsuvarda qadın 3 kq narkotiklə tutulub - VİDEO  |     19:11 Ermənistanda atışma olub, ölən və yaralananlar var  |     19:04 Çinin tarifləri səbəbindən dünya bazarlarında qazın qiyməti arta bilər  |     18:47 Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı  |     18:39 Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin müddətini uzatdı  |     18:32 Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı  |     18:19 Bakıda həbs edilən rusiyalı sabiq hakim SƏRBƏST BURAXILDI  |     18:16 "MTV" və "Dünya TV"nin yayımı 3 saatlıq dayandırılacaq  |     17:44 Azərbaycanda professor vəfat etdi  |     17:32 Rusiyada dələduzluqda ittiham olunan azərbaycanlı vəkilin həbs müddəti uzadıldı  |     17:19 Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb  |     17:12 Dövlət qurumuna işə düzəltmək adı ilə vətəndaşları aldadan keçmiş məhbus ƏLƏ KEÇDİ  |     16:58 Qızılın qiyməti bu həftə ikinci dəfə tarixi maksimumu yenilədi  |     16:52 Mingəçevirdə halı pisləşən şagird öldü (YENİLƏNİB)  |     16:46 Azərbaycan Ukraynaya humanitar yardım üçün bir milyon ABŞ dolları ayırıb  |     16:45 Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi  |    

Ukraynada səfərbərlik: 160 min hərbçi ilə bağlı plan hazırlanır

Ukrayna 2025-ci ilin fevralına qədər əlavə 160 min hərbçini cəlb etməyi planlaşdırır.

Bu barədə "Financial Times" nəşri məlumat verib.

Nəşrin məlumatına görə, insan qüvvəsi, xüsusən də piyada qoşunlarının çatışmazlığı Ukrayna üçün ən böyük problem olaraq qalır. Kiyevin əlavə 160 min hərbçinin çağırmasının səbəbi də budur. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası hesab edir ki, bu addım hərbi hissələrin tələb olunan sayının yalnız 85%-ni doldura biləcək.

Lakin xarici hərbi ekspertlər və adı çəkilməyən yüksəkvəzifəli Kiyev rəsmisi bu məqsədə nail olunacağına şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, 100 minə nəfərə qədər insanın hərbi xidmətə çağırılması realdır və bu, kadr çatışmazlığını yarıya qədər doldura bilər.

Nəşr qeyd edib ki, hazırda bəzi bölmələr tələb olunan sayın təxminən üçdəbiri ilə təmin olunub.

Xatırladaq ki, 2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik elan edilib və dəfələrlə uzadılıb, hakimiyyət hərbi yaşda olan kişilərin xidmətdən yayınmasının qarşısını almaq üçün əlindən gələni edir. Bununla belə, hərbi xidmətdən yayınanlar istənilən yolla qaçmağa və ölkəni tərk etməyə çalışırlar - saxta sertifikatlardan istifadə edərək və ya qeyri-qanuni olaraq, çox vaxt həyatlarını riskə ataraq buna nail olmağa cəhd edirlər.

Qeyd edək ki, bu il mayın 18-də ölkədə səfərbərliyin sərtləşdirilməsi ilə bağlı qanun qüvvəyə minib ki, bu da daha yüz minlərlə ukraynalının hərbi xidmətə çağırılmasını mümkün edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            351 13.11.24 16:55