Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədinin adını açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədinin adını açıqladı

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp senator Marko Rubionun (Florida ştatından) dövlət katibi vəzifəsinə namizədliyi barədə qərarını açıqlayıb.

Bu barədə Respublikaçıların keçid komandasının yaydığı məlumatda bildirilir.

Bundan əlavə, Tramp seçkiqabağı kampaniyasının dörd baş məsləhətçisini Ağ Evin baş əməkdaşları təyin etdiyini açıqlayıb.

Trampın ən uzunömürlü və etibarlı müttəfiqlərindən biri və seçkiqabağı kampaniyasında baş məsləhətçi olan Den Skavino prezidentin köməkçisi və Ağ Ev aparat rəhbərinin müavini olacaq.

Stiven Miller prezidentin köməkçisi və Ağ Evin Siyasət və Milli Təhlükəsizlik Məsələləri üzrə Aparat rəhbərinin müavini vəzifəsində işləyəcək.

Ceyms Bler prezidentin köməkçisi və qanunvericilik və ictimai əlaqələr üzrə Ağ Evin aparat rəhbərinin müavini olacaq.

Teylor Budoviç isə prezidentin köməkçisi və Ağ Evin kommunikasiyalar və kadrlar üzrə aparat rəhbərinin müavini təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            270 14.11.24 11:21