Nyu Yorkda Azərbaycan bayrağı qaldırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:12 2025-ci ildə iki Günəş və iki Ay tutulması baş verəcək  |     15:22 Kriştianu Ronaldu yenidən "Mançester Yunayted"ə qayıdacaq?  |     15:01 Ermənistan ordusunda kadr çatışmazlığı: Təqaüddə olan hərbçilər xidmətə çağırılacaqlar  |     14:39 Azarkeşlərə kənar əşya atan iki futbolçu cəzalandırıldı  |     14:28 Şalva Papuaşvili: "Gürcüstanda dövlət çevrilişi hazırlanır"  |     14:14 Paytaxtda prospektlə küçənin kəsişməsində nəqliyyatın ləngiməsinin qarşısı alındı  |     14:03 Xankəndidə erməniəsilli qadın ölüb  |     13:45 Göyçay rayonunda Təcili Tibbi Yardım Xidmətinin əməkdaşı avtomobilində qətlə yetirildi  |     13:31 ABŞ-də "McDonald's"da kütləvi zəhərlənmə baş verib  |     13:21 Ermənistan parlamenti sərhəd delimitasiyası komissiyalarının reqlamentini ratifikasiya etdi  |     13:13 Gənc oğlan özünü pilləkəndən asdı  |     13:10 Narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı  |     13:05 COP29 sədrliyi ilə Beynəlxalq Valyuta Fondunun icraçı direktoru arasında görüş olub  |     13:02 Xocəsəndə avtomobil iki piyadanı vurub, biri ölüb  |     12:55 AQTA dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlayıb  |     12:49 Anasını və qardaşının həyat yoldaşını bıçaqlayan şəxsin cəzası azaldıldı  |     12:42 Martinikdə komendant saatının vaxtının uzadılması yeni etirazlara səbəb olub  |     12:37 "Windows" yeniləməsi "Word"ün işində problem törədib  |     12:32 Livanda SEPAH komandiri öldürüldü - FOTO  |     12:23 Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi  |    

Nyu Yorkda Azərbaycan bayrağı qaldırılıb

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ABŞ-nin Nyu York şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılıb.

Report-un ABŞ bürosu xəbər verir ki, dövlət bayrağı Nyu York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - "Wall Street"də yerləşən "Bowling Green" parkında asılıb.

Layihə Azərbaycan Nyu York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyevanın təşkilatçılığı ilə həyata keçirilib. Mərasimdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev və Nyu Yorkda yaşayan həmvətənlərimiz, diaspor aktivləri iştirak ediblər.
Azərbaycan və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.

Y.Əliyev çıxışında Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azərbaycan bayrağı 10 gün ərzində ərazidə dalğalanacaq.

Qeyd edək ki, əvvəlki illərdə də Azərbaycanla bağlı bir çox tarixi günlərdə üçrəngli bayraq Nyu York səmalarını bəzəyib. "Bowling Green" Nyu Yorkun ilk rəsmi parkıdır və nəhəng bayraq meydanı kimi tanınır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            240 18.10.24 22:52