ABŞ-də "McDonald's" fastfud şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər müştəri isə xəstəxanaya yerləşdirilib.
Bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.
"Oktyabrın 22-nə olan məlumata görə, ümumilikdə 10 ştatda "E. coli O157:H7" bakteriya ştamı ilə bağlı 49 hadisə qeydə alınıb", - deyə məlumatda bildirilib.
Müştərilərin hamısının "Royal çizburger"dən infeksiyaya yoluxduğu vurğulanıb. İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal edilir.