Anasını və qardaşının həyat yoldaşını bıçaqlayan şəxsin cəzası azaldıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:16 Dəm qazından zəhərlənən ana və qızı şəhidin ailə üzvləridir  |     22:06 Boksçumuz dünya birinciliyində gümüş medal qazanıb  |     21:34 ADY-nin adından dələduzluq cəhdi - Vətəndaşlara XƏBƏRDARLIQ  |     21:12 Əcnəbilər bu ilin ilk 9 ayında Azərbaycanda 2 milyard pul xərcləyib  |     20:47 Metroda yaradılan tibb məntəqələri COP29-dan sonra da fəaliyyətini davam etdirəcək?  |     20:35 Bakıda bina sökülür, sakinlərə kompensasiya veriləcək  |     20:10 Ukrayna PUA vurmaq üçün raketlər istehsal edəcək  |     20:03 Bakıda çoxmərtəbəli binada yanğın olub  |     19:59 “AzInTelecom”: SİMA-dan piyadaları cərimələmək üçün istifadə edilmir  |     19:49 Gürcüstanlı deputat: COP29-un Azərbaycanda keçirilməsi Cənubi Qafqaz üçün mühüm hadisədir  |     19:41 “Atəşgah məbədi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb  |     19:35 WP: İran yaxın günlərdə İsraili vura bilər  |     19:28 “Apple” “iPhone” mobil telefonlarına birbaşa qoşulmaq üçün “Globalstar”a 1,5 milyard dollar sərmayə qoyacaq  |     19:20 Dünyanın ən böyük timsahı ölüb  |     19:14 "Formula 1"in məşhur pilotu cərimələnib  |     19:07 Gəncə sakini bıçaqlanaraq öldürülüb  |     18:59 Sabah bəzi ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir  |     18:50 Ağdaşın yeni icra başçısı kollektivə təqdim edilib  |     18:44 Azərbaycan manatının dövretmə sürəti sentyabrda artıb  |     18:35 Rusiyada təcili tibbi yardımda həkim çatışmazlığı səbəbindən tələbələrin işləməsinə müddətsiz icazə verilib  |    

Anasını və qardaşının həyat yoldaşını bıçaqlayan şəxsin cəzası azaldıldı

Gəncə Apellyasiya Məhkəməsində Bərdədə anasına və qardaşının həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Hacıbala İsayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilib. Məhkəmənin hökmü ilə Hacıbala İsayevin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının həddi 6 il 6 aya endirilib.

Qeyd edək ki, hadisə 3 iyun 2023-cü il tarixində saat 19 radələrində Bərdə rayonu, Mollagüllər kəndində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Belə ki, iki nəfərə bıçaqla xəsarət yetirilməsi barəsində rayon polis şöbəsinə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            204 23.10.24 12:49