Fransanın müstəmləkəsi olan Martinikdə komendant saatının vaxtının uzadılması etirazlara səbəb olub.
Median.Az "Crisis24" portalına istinadən xəbər verir ki, narazı kütlə departamentin Fort de Frans, Sent-Terez, Teksako, Dilliona rayonlarında yolları bağlayıb, barrikadalar qurub.
Polis aksiyanı yatırtmaq üçün güc tətbiq edib. Qarşıdurma zamanı çox sayda avtomobil, iş yeri və ticarət obyekti yandırılıb. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir, saxlanılanlar var.
Qeyd edək ki, bahalığa qarşı aksiyaların davam etdiyi Martinikdə komendant saatının vaxtı oktyabrın 28-dək uzadılıb.