Azərbaycan və Rusiya parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:29 Evlilik ildönümünə tort sifariş edilmişdi - Zaqatalada ölən gəncin acı taleyi  |     15:21 Hava ilə bağlı XƏBƏRDARLIQ - Yağış, şimşək, QAR...  |     15:11 Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb  |     15:03 50 qəpiyə palçıq: Bakıdakı duzlu və yodlu göllərə axışanları hansı təhlükə gözləyir? - VİDEO  |     14:46 Keçmiş məhkum dələduzluğa görə tutuldu  |     14:36 Riki Martin Bakıda ilk dəfə konsert verəcək  |     14:21 AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib  |     14:07 Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərin məzarları ziyarət olunub  |     13:56 Azərbaycan idmanında son 8 ilin rekordu  |     13:47 Qapısı açıq halda idarə olunduğu deyilən avtobusdan sərnişin yıxıldı - FOTO  |     13:32 Bakıda bu evlər kəskin BAHALAŞDI - VİDEO  |     13:20 Əcəmi metrosunun qarşısında dava: Ölən var  |     13:20 "WhatsApp"da yeni funksiya: Nömrələri yığıb zəng edə biləcəksiniz  |     13:18 Elşad Xosenin ailə FOTOsu  |     13:17 Ötən gün ölkə ərazisində 16 kiloqram narkotik aşkarlanıb  |     13:15 NATO-nun yeni baş katibi təsdiqlənib  |     13:14 İrəvan Bakıdan sülh sazişi ilə bağlı yeni təkliflər paketi alıb  |     13:13 50 nömrəli avtobusun sürücüsündən özbaşınalıq: "Nağd pulun yoxdursa, düş" - VİDEO  |     13:10 Çaylarda suyun səviyyəsi artıb  |     13:08 DİN-dən ƏMƏLİYYATLAR: "Qara bazar"da dəyəri üç milyon manat olan narkotik ələ keçirildi - VİDEO  |    

Azərbaycan və Rusiya parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Əli Hüseynlinin başçılıq etdiyi nümayəndə heyəti komissiyanın 21-ci iclasında iştirak etmək üçün iyunun 19-da Moskva şəhərinə səfər edəcək.

Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinə Milli Məclisin deputatları – Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Mixail Zabelin, Azər Badamov və Emin Hacıyev daxildir.

Tədbirdə Rusiya Federal Məclisi ilə Azərbaycan Milli Məclisi arasında parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, komissiyanın iş planı, Rusiya və Azərbaycan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılacaq.

Səfər çərçivəsində Milli Məclisin deputatı Mixail Zabelin MDB ölkələrinin Beynəlxalq Parlament Forumunda da iştirak edəcək.

Səfər iyunun 21-də başa çatacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            156 17.06.24 15:29