Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 282,6 manat təşkil edib.
Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat yayıb.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,4% artıb.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 10,2% artaraq 1 007,5 manata çatıb.