Kelli Uillis: COP29 səhiyyə sahəsində təşəbbüslər üçün geniş imkanlar yaradacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:42 Hindistanda kimyəvi zavodda partlayış baş verib, 30-dan çox ölən var  |     14:37 Bakı Metropolitenində reklam lövhələri narazılığa səbəb oldu - FOTO  |     14:31 "Beşiktaş" Temmi Abrahamla danışıqlara başladı  |     14:25 Rəisdən ŞOK AÇIQLAMA: "Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim"  |     14:11 Yekaterinburqda Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycanda cinayət işi BAŞLANDI  |     14:08 Azər Zahid ev dustaqlığına buraxıldı  |     13:50 Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq  |     13:11 Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb  |     13:09 Avro 2 manatı keçdi - 4 ildən sonra  |     13:08 Culfa rayonunun bir kəndində qaz kəsiləcək  |     13:08 Lionel Messi "İnter Mayami"dən ayrılmaq istəyir  |     13:07 Qəbələdə dağlıq ərazidə hündürlükdən yıxılan şəxs xilas edildi - VİDEO  |     13:06 SAXAL: "İranın ballistik raketlərinin 86 faizi ələ keçirilib"  |     13:04 Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:59 Bakıda tarixi binanın dam örtüyü uçdu - VİDEO  |     12:52 Lukaşenko Belarus xalqını hökumətə dua etməyə çağırıb  |     12:46 Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını açıqlayıb  |     12:14 Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıb  |     12:06 Finaldan sonra birjada çöküş: İnvestorlar məşhur serialla bağlı şirkətləri tərk edirlər  |     11:54 "Qarabağ" "Zalsburq"la oynayacaq  |    

Kelli Uillis: COP29 səhiyyə sahəsində təşəbbüslər üçün geniş imkanlar yaradacaq

“Forecasting Healthy Futures” Sammiti Azərbaycana ölkənin iqlim dəyişikliyi və genişmiqyaslı səhiyyə sahəsində islahatlara sadiqliyini nümayiş etdirməyə imkanı verəcək.

Bu barədə “Report”a açıqlamasında “Forecasting Healthy Futures” idarəedici direktoru Kelli Uillis bildirib.

Onun sözlərinə görə, iyunun 18-20-də Bakıda keçiriləcək sammit konkret regional problemləri də müzakirə etməyə imkan verəcək:

“Ümid edirəm ki, bu tədbir ictimai sağlamlığın gələcək iqlim danışıqlarının daimi və mərkəzi komponentinə çevrilməsinə şərait yaradacaq”.

K.Uillis deyib ki, o, sammitin iqlim dəyişikliyi ilə bağlı daha bütöv və əhatəli yanaşmalara gətirib çıxaracağına ümid bəsləyir:

“İnsanlar iqlim dəyişikliyinin onların sağlamlıqları üçün birbaşa təhlükə olduğunu başa düşərsə, onların iqlim təşəbbüslərini dəstəkləmək və iştirak etmək ehtimalı daha yüksəkdir”.

Azərbaycan haqqında danışan icraçı direktor qeyd edib ki, COP29-un keçirilməsi ölkəyə bu təşəbbüsləri həyata keçirmək üçün geniş imkanlar yaradacaq:

“Ümid edirik ki, COP29 və beynəlxalq ictimaiyyətin sağlamlığı getdikcə daha çox iqlim müzakirəsinin mühüm komponenti kimi qəbul etməsinin təməlini qoyacağıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            951 14.06.24 19:57