Leyla Əliyeva BMT-nin İsveçrədəki ofisində görüşlər keçirib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:37 İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb  |     14:18 Diplomatik qarşıdurma yeni mərhələdə: ABŞ ölkədəki Rusiya viza mərkəzlərini bağlayır  |     14:10 Qurban kəsmək niyyətləri faciə ilə bitdi  |     14:04 Bu gün Bülbülün doğum günüdür  |     13:54 TikTok İnstaqrama rəqib olacaq yeni tətbiqini təqdim etdi  |     13:53 Əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun BU TARİXDƏ QÜVVƏYƏ MİNƏCƏK  |     13:49 Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısında DƏYİŞİKLİK  |     13:48 Paytaxtda avtomobillər üçün "hovuz": Yaşayış kompleksinin həyəti su ilə doldu - VİDEO  |     13:47 İsmayıllıda kişi özünü elektrik naqili ilə asdı  |     13:46 Çimərlikdə qadın çantası oğurladı - VİDEO  |     13:34 Həbsdə olan general azadlığa çıxmaq istəyir  |     13:34 Şamaxıya sel gəldi, adamlar avtomobildə köməksiz qaldılar - VİDEO  |     13:33 Əli Əsədovdan AzTV ilə bağlı QƏRAR  |     13:31 Abşeronda vətəndaşlardan 64 odlu silah və əl qumbaraları götürüldü - CİNAYƏT STATİSTİKASI (VİDEO)  |     13:31 Azərbaycan idmançısı Avropa çempionu oldu  |     13:30 Gəncədə qanunsuz tikintinin qarşısı alınıb - VİDEO  |     13:29 Xəzər dənizində zəlzələ olub  |     13:28 Amerika Kuboku: B qrupunda Ekvador Venesuelaya, Meksika Yamaykaya qarşı oynayacaq  |     13:24 Venesuela prezidenti ölkədə yeni çevriliş planları barədə xəbərdarlıq etdi  |     13:22 Kilian Mbappe ilə PSJ arasında 100 milyon avroluq maaş QALMAQALI  |    

Leyla Əliyeva BMT-nin İsveçrədəki ofisində görüşlər keçirib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Cenevrə Qlobal ofisinin direktoru Cankarlo Çirri və BMT Ətraf Mühit Proqramının (ƏMP) Avropa üzrə yeni təyin olunmuş Regional direktoru Arnold Kraylhuber ilə görüşüb.

ÜƏP rəsmisi ilə keçirilən görüşdə IDEA təşkilatı ilə ÜƏP arasında BMT-nin dayanıqlı inkişaf məqsədlərindən olan yer kürəsində aclığın aradan qaldırılması üzrə birgə fəaliyyət, o cümlədən münaqişələr, təbii fəlakətlər və iqlim dəyişmələrindən əziyyət çəkən insanların ərzaqla təminatına dair müzakirələr aparılıb.

Leyla Əliyeva IDEA İB-nin Azərbaycanda və bölgəmizdən kənarda müxtəlif BMT qurumları ilə çoxşaxəli əməkdaşlıq nümunələrini diqqətə çatdıraraq, ÜƏP ilə daha sıx tərəfdaşlığa hazır olduqlarını vurğulayıb. Bu xüsusda o, Azərbaycanda son illər könüllülər hərəkatının geniş vüsət tapdığını və istər ölkə daxilində, istərsə də ölkədən kənarda dəyərli təcrübə qazandıqlarını nəzərə alaraq, ÜƏP-in dünyanın müxtəlif bölgələrində fəaliyyətlərinə Azərbaycan könüllülərinin cəlb olunmasını təklif edib.

ƏMP Regional direktoru ilə keçirilən görüşdə IDEA İB-nin bu BMT proqramı ilə Azərbaycanda həyata keçirdikləri müxtəlif layihələrə istinad edilib, uğurlu əməkdaşlıq nümunələri kimi canlı aləmin bir sıra növlərinin mühafizəsini ehtiva edən layihələr, o cümlədən Xəzər dənizinin ekologiyasının mühafizəsi və bərpası təşəbbüsləri göstərilib. Leyla Əliyeva xüsusilə qeyd etmişdir ki, 30 ilə yaxın işğal altında olan ərazilərimizdə meşələr qırılmış, su hövzələri çirklənmiş, təbii ehtiyatlarımız amansızcasına istismar olunmuş, nəticədə ölkəmizin ekologiyasına ciddi zərər vurulub. Bu baxımdan, işğala məruz qalmış ərazilərimizdə təbiətin bərpası və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində ƏMP ilə əməkdaşlığın vacibliyi qeyd olunub.

IDEA İB-nin rəhbəri hər iki BMT proqramının nümayəndəsini bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına dəvət etmiş və bu proses çərçivəsində birgə tədbirlər keçirmək imkanlarını müzakirə etməyə hazır olduqlarını diqqətə çatdırıb.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            153 22.05.24 13:10