Mojo.az Banner
20:30 Braziliya bu ölkənin vətəndaşlarına vizanı ləğv edir  |     20:23 Cinayət kollegiyası baxılmış işlərin 5 faizində qərarı ləğv edib  |     20:18 Məktəblərdə qış tətili başlayır  |     20:10 Ağcabədidə şahmat müəllimi vəfat etdi  |     20:04 Türkiyəli nazir Zəngəzur dəhlizindən danışdı  |     19:59 Dələduzluğa görə axtarılan 10 nəfər saxlanıldı  |     19:40 "BakuBus" avtobuslarının katalizatorları oğurlanıb, şirkətə xeyli ziyan dəyib  |     19:28 Milli Qəhrəmanın nəvəsi doğuldu  |     19:20 Lerikdə polis faziləsiz rejimdə fəaliyyətini davam etdirir  |     19:10 Ötən gün polis əməkdaşları tərəfindən 6 avtomat, 25 tüfəng aşkarlanıb  |     19:04 Pakistanda hoteldə yanğın zamanı iki nəfər ölüb  |     18:59 Əbu-Dabidə keçirilən Ukrayna danışıqlarında müzakirə olunan məsələlər açıqlandı  |     18:36 Bu tarixdən kəskin soyuqlar düşəcək, qar yağacaq  |     18:30 "Qarabağ" "Kəpəz"ə uduzdu  |     18:23 İtkin düşən 5 nəfər tapıldı  |     18:21 Aktrisa Məsumə Babayeva DÜNYASINI DƏYİŞDİ  |     18:05 Çində yüksək rütbəli hərbçilərə qarşı istintaq başladıldı  |     17:40 "TikTok"da deputatları və icra başçılarını söyən şəxs HƏBS OLUNDU  |     17:21 Ukrayna üzrə danışıqların ikinci raundu bitdi - YENİLƏNİB  |     17:12 Bakıda qadını restoranın tualetində döyən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI  |    
Left Banner
Right Banner

Diplomatik qarşıdurma yeni mərhələdə: ABŞ ölkədəki Rusiya viza mərkəzlərini bağlayır

22.06.2024 14:18 1 395
Diplomatik qarşıdurma yeni mərhələdə: ABŞ ölkədəki Rusiya viza mərkəzlərini bağlayır
ABŞ Vaşinqton və Nyu-Yorkdakı Rusiya viza mərkəzlərini bağlamaq qərarına gəlib.

Bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov açıqlama verib.

Səfirin sözlərinə görə, Rusiyanın diplomatik nümayəndəliklərinin vəziyyəti getdikcə pisləşir.

O əlavə edib ki, Hyuston və Nyu-Yorkdakı baş konsulluqlar işçi qüvvəsindən məhrum edilib, bununla belə, artan iş yükünə baxmayaraq konsulluq xidmətləri davam etdiriləcək.

Həmçinin ABŞ Rusiya diplomatlarını vergi imtiyazlarından məhrum edir.

"Onlar bizdən vergidən azad olma barədə kartımızı alıblar. Bu kartlar diplomatların hər hansı bir ölkədə yaşamasına və yerli büdcəyə vergi ödəməməsinə imkan verən imtiyazları nəzərdə tutur", - deyə səfir bildirib.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Rusiyadan olan müraciətçilərin demək olar ki, yarısına B1/B2 kateqoriyalı viza verməkdən imtina edib.скачать dle 11.3