Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qadını restoranın tualetində döyən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI

24.01.2026 17:12 492
Bakıda qadını restoranın tualetində döyən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI
Bakıda kişi restoranın tualetində qadını döyüb.

Median.Az
Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu, Salyan yolunda yerləşən "Era" restoranının sanitar qovşağında qeydə alınıb.

Tanıdığı oğlanla həmin restoranda yeyib-içən Tünzalə (şərti adla) gecə saat 12-yə qalmış sanitar qovşağına gedib. Bu zaman tanışı olan 31 yaşlı Cavad Məlikli (ad və soyad şərtidir) də onun arxasınca sanitar qovşağa gedib. Cavadın sözlərinə görə, tualetin yanına çatanda Tünzalənin qapını açıb çıxdığını görüb, və qadın onunla birgə tualetə girmək istəyib. Lakin Cavad buna etiraz edərək, "məni orada cinsi əlaqədə olmağa çağırırsan?" deyib. Tünzalə isə bu suala əsəbiləşərək, ağır cavab verib. Nəticədə Cavad tualetdə Tünzalənin gözünə yumruqla zərbə vuraraq, xəsarət yetirib.

Qadının sözlərinə görə isə, Cavad zorla qapını açaraq, onunla birgə tualetə girmək istəyib. Etiraz edəndə isə onu döyüb, müxtəlif bədən xəsarətləri yetirib.

Bu əməlinə görə Cavad Məlikli saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb. O, məhkəmədə "Konstitusiya və Suverenlik İli" çərçivəsində amnistiyaya düşməsini xahiş edib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Cavad Məlikli məsuliyyətdən azad olunub.

Son xəbərlər