Abşeronda vətəndaşlardan 64 odlu silah və əl qumbaraları götürüldü - CİNAYƏT STATİSTİKASI (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:04 ABŞ 100-dən çox hindistanlı miqrantı vətəninə deportasiya edib  |     18:56 Azərbaycan yanvarda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     18:55 Avstraliya əcnəbilərə ölkədə əmlak almağı qadağan edəcək  |     18:55 Sadə bir təbəssüm ağrı və stressi aradan qaldıra bilər  |     18:54 Rusiya daha bir amerikalını azad edib  |     18:53 Alimlər Günəş sistemindən kənarda su tapıblar  |     18:52 ABŞ-də yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb  |     18:51 Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib  |     18:44 Prezident Azər Qasımovu vəzifəsindən azad etdi  |     18:27 Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib  |     18:14 Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır  |     18:02 Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilənlərin şikayəti təmin olunmadı  |     17:48 Rusiya hərbçiləri Xarkovda yaşayış məntəqəsini NƏZARƏTƏ GÖTÜRDÜLƏR  |     17:27 Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər  |     17:15 Geomaqnit qasırğasının olacağı gözlənilir  |     17:14 Diplomatik xidmət orqanı əməkdaşları hansı intizam məsuliyyətlərinə cəlb edilə bilərlər?  |     16:55 Rusiyada neft nasos stansiyasına dronlarla hücum edildi  |     16:47 DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır  |     16:27 Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq  |     16:26 "Toplum TV" və "Abzas Media" işlərində YENİ FAKTLAR  |    

Abşeronda vətəndaşlardan 64 odlu silah və əl qumbaraları götürüldü - CİNAYƏT STATİSTİKASI (VİDEO)

Abşeron rayonunda vətəndaşlar 64 odlu silah, 33 əl qumbarasını polisə könüllü təhvil veriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Abşeron Rayon Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.

Vətəndaşlarla aparılan profilaktik söhbətlərin nəticəsi olaraq 11-i "Kalaşnikov" avtomatı, üçü tapança və 50-si ov tüfəngi olmaqla qanunsuz saxlanılan ümumilikdə 64 odlu silah, 33 əl qumbarası və müxtəlif çaplı patronlar polisə könüllü təhvil verilib.

Narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı keçirilən əməliyyatlar zamanı isə 10 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və çətənə kolları çıxarılıb.

Abşeron rayonunda oğurluq və digər cinayətlərin törədilməsinə görə axtarışda olan doqquz nəfər saxlanılıb, "isti iz"lərlə 26 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 188, xırda xuliqanlıq və talama ilə əlaqədar 93 fakt aşkarlanıb, mülki axtarışda olan 29 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 315, spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən 6, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18, dayanma-durma qaydalarını pozan 216 sürücü inzibati məsuliyyətə cəlb edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            513 22.06.24 13:31