Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Toplum TV" və "Abzas Media" işlərində YENİ FAKTLAR

17.02.2025 16:26 1 284
"Toplum TV", "Abzas Media" və digərlərinin işi ilə bağlı istintaq araşdırması zamanı maraqlı faktlar üzə çıxır.

Median.Az
APA-ya istinadən həmin faktları təqdim edir:

Qərb fondlarının rolu və maliyyə təminatı

Həbsdə olan şəxslərin etirafları göstərir ki, "Toplum TV", "Abzas Media", "Fakt Yoxla", "lll Respublika Platforması" və digər bu kimi layihələr Qərb fondlarının birbaşa sifarişi ilə hazırlanıb.

Bu layihələrin maliyyə təminatı Qərb fondları tərəfindən müxtəlif üsullarla həyata keçirilib. İşçi təminatı və yerlərdə işin təşkili ilə bağlı məsələlər isə ölkədəki icraçılar tərəfindən təmin olunub.

Layihələrə kim rəhbərlik edib?

Azərbaycanda bütün bu layihələrin başında bilavasitə Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov dayanıb. O, bu strukturlara ümumi rəhbərliyi həyata keçirib. Məsələn, "Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli olsa da, bu layihəyə faktiki rəhbərliyi Akif Qurbanov edib. Çünki Akif Qurbanov xaricdəki koordinatorlarla əlaqə, maliyyə və təşkilati məsələlərin həllində əsas fiqur olub.

Akif Qurbanovun rolu və koordinasiya işləri

Akif Qurbanov 2019-cu ildən 2023-cü ilə kimi layihələr üçün işçi seçimini belə özü həyata keçirib. Onun iştirakı üçün seçilən şəxslər üçün jurnalistika, hüquq, layihə menecerliyi və digər sahələr üzrə ödənişsiz təlimlər təşkil olunub. Daha sonra isə təlim iştirakçıları "Toplum TV", "Abzas Media", "Fakt Yoxla" kimi qurumlara, həm də "Azadlıq" və "Amerikanın səsi" radiolarına işə göndəriliblər. Təlimlərdə mentorluq edənlərin hər birinə bir təlim üçün 200 manat ödənilib.

Son xəbərlər