Bu gün Bülbülün doğum günüdür » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:18 Ötən ay 17 aptekdə yoxlama aparılıb  |     21:13 Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb  |     21:05 Beyləqanda 16 yaşlı oğlan kanalda batıb  |     21:02 "Sputnik Azərbaycan"ın beş əməkdaşı sərbəst buraxıldı  |     21:00 FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib  |     20:52 Bəzi ölkələrdən Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub  |     20:42 Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək  |     20:34 Rusiya Turizm İttifaqı: Azərbaycana turist axınında azalma yoxdur, qonaqlara münasibət müsbətdir  |     20:29 Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib  |     20:22 Ermənistanda yeni konstitusiya ilə bağlı müzakirələr yenidən başlayır  |     20:17 Naxçıvanda kəlbəcərli məktəb direktoru avtoqəzada ölüb  |     20:10 Əsir götürüldükdən sonra Ermənistana aparılmış şəxs: Məhz azərbaycanlı olduğuma görə işgəncələrə məruz qalırdım  |     20:02 Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı cüzi artıb  |     19:57 Sabah hava yağmursuz olacaq  |     19:49 Azərbaycanda nadir xəstəliklərə yoluxanların sayı açıqlanıb  |     19:43 Təbiətə 63 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işi başlanıb  |     19:35 "Liverpul" klubu "Bavariya"nın təklifini rədd edib  |     19:30 Rusiya ilə münasibətlər Ermənistan parlamentində deputatlar arasında mübahisə yaradıb  |     19:21 Çin klubu rəqiblərin paltardəyişmə otağında üzərində qarğış yazılan kağızlar yerləşdirdiyinə görə cərimələnib  |     19:15 Rusiyanın Poltavaya zərbələri nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb  |    

Bu gün Bülbülün doğum günüdür

İyunun 22-si Azərbaycan peşəkar vokal sənətinin banisi, opera müğənnisi, təsnif ifaçısı Bülbülün doğum günüdür.

Murtuza Məmmədov (Bülbül) 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub.

O, 1907-ci ildə Şuşa mollaxanasında musiqi təhsili almağa başlayıb, 1909-cu ildə isə Gəncəyə köçüb.

Bülbül səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.

1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub.

Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" ("İbn-Salam"), "Əsli və Kərəm" ("Kərəm"), Z.Hacıbəyovun "Aşıq Qərib" ("Qərib") operasında oynayıb.

1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedən Bülbül 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R.Qraninin sinfini) bitirib. Bundan sonra o, Vətənə qayıdaraq Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

1932-ci ildə məhz Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılıb. Bu Kabinet Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənməsi ilə məşğul olub.

Sonralar məhz Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranıb və 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə məhz İncəsənət İnstitutu məşğul olmağa başlayıb.

Bülbül aşıq yaradıcılığına dair şifahi materialların - xalq nağılları, əfsanələr, dastanlar, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmində toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısı olub.

1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik edib.

1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa Real məktəbinin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti olub.

O, 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            468 22.06.24 14:04