Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda QHT sədri şantaj edildi, məhkəməyə üz tutdu

04.07.2025 13:16 1 164
Azərbaycanda QHT sədri şantaj edildi, məhkəməyə üz tutdu
Azərbaycanda qeyri-hökumət təşkilatının əməkdaşı təşkilat sədrini şantaj etməkdə təqsirləndirilib.

Azərbaycanda fəaliyyət göstərən "Yeniləşən Dövlətə Dəstək" İctimai Birliyinin sədri İlham Abbasov bu barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək rəhbərlik etdiyi təşkilatın üzvü Asim Əliyevin şantaj və böhtanlarına məruz qaldığını bildirib.

İ.Abbasov şikayətində göstərib ki, təşkilat üzvləri ilə birlikdə Quba rayonunda tədbir keçirəndən sonra axşam həmin rayon ərazisində gecələməli olublar. Evdə təşkilat üzvləri Asim Əliyev, Oqtay İsayev və Şəlalə Şükürova çörək yeyərkən spirtli içki qəbul ediblər. Həmin vaxt Asim Əliyev sərxoş vəziyyətdə olduğu üçün Ş.Şükürovaya intim təklif edib və qadın qaçaraq İ.Abbasovdan kömək istəyib. Bunu telefonla çəkən A.Əliyev sonradan həmin videoları özünə sərf edən kimi montaj edib, sosial şəbəkələrdə paylaşıb. O, bu üsulla İ.Abbasova şər atıb, şərəf və ləyaqətini ləkələyib.

İttihama görə, A.Əliyev, bununla yanaşı, İ.Abbasovun təşkilat üzvlərinin imzalarını da saxtalaşdırdığı barədə məlumatlar yayıb.

Məhkəmə araşdırması zamanı ittihamlar sübuta yetirilib və məhkəmə hökmü elan olunub.

Məhkəmənin hökmü ilə A.Əliyev İ.Abbasova şər və böhtan atmaqda təqsirləndirilib. Amma cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin olunmayıb.
//oxu.az

Son xəbərlər