Yeni Kaledoniyanın XİN başçısı: Fransa bütün haqlarımızı əlimizdən alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |     21:10 Kimlərə isti havada qəhvə içmək olmaz?  |     21:05 Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək  |     20:59 Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)  |     20:54 CNN: Rusiya dünyanın kommunikasiya infrastrukturuna qarşı təxribat hazırlayır  |     20:49 NASA zondu Günəş sisteminin kənarında gizli və gözlənilməz obyektlər tapdı  |     20:38 Sabah 34 dərəcə isti olacaq  |     20:30 Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş  |     20:24 Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək  |     20:18 Bu idarəyə yeni rəis təyin olundu  |     20:12 Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib  |     20:07 Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib  |     19:59 Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub  |     19:53 Masallıda ölümlə nəticələnən avtoqəza olub  |     19:48 Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb  |    

Yeni Kaledoniyanın XİN başçısı: Fransa bütün haqlarımızı əlimizdən alıb

"Yüz yetmiş bir ildir, Fransanın müstəmləkəçiliyi altında yaşayırıq, bütün haqlarımız əlimizdən alınıb".

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda iştirak edən Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest deyib.

Nazir bildirib ki, ölkəsi xüsusi ilə son vaxtlar Fransanın ciddi təzyiqləri ilə üz-üzədir: "Ölkəm Yeni Kaledoniyadır. Biz Sakit okeanda, Melaneziya bölgəsindəyik. 1986-cı ildən indiyədək BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin siyahısındayıq. Məhz 2023-cü ilə qədər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ərzində sizin ölkənizlə beynəlxalq səviyyədə işləmək üçün yeni imkanlarımız oldu. Ötən müddət ərzində Azərbaycan haqlı mübarizəmizdə yanımızda oldu, xüsusən beynəlxalq ictimaiyyəti ölkəmin hüquqlarına hörmət etməyə çağırdı".

Nazir qeyd edib ki, son vaxtlar ölkəsində vəziyyət daha da pisləşib: "Yeni Kaledoniyada çoxsaylı fransız hərbçi var, onlar qadınları, uşaqları hədəf alıblar. Bölgədəki 3 000-dən çox hərbçi sakinləri öldürür və ya şikəst edirlər. Bu gün BTQ vasitəsilə BMT platformasında bu məsələni gündəmə gətirdik və beynəlxalq ictimaiyyətdən kömək istədik".

M.Forrest ölkəsi və xalqı üçün mübarizəsini bundan sonra da davam etdirəcək: "Xalqların öz müqəddəratını təyinetmə hüququ, bütün dünya üçün keçərlidir. Qoşulmama Hərəkatı və Bakı Təşəbbüs Qrupu vasitəsilə başqa bir çox qardaş xalqlar, eləcə də ölkələr - Korsika, Martinik, Polineziya adalari kimi kiçik dövlətlərdəki müstəmləkəçilik problemlərin dünya ictimaiyyətinə çatdırılması üçün bir çox yeni proqram hazırlanıb, müzakirələr aparılır. Düşünürəm ki, bütün bunlar bizim üçün yaxşı fürsətdir. Bizim kimi kiçik xalqların, ada ölkələrinin bu fürsətdən istifadə etməklə öz səslərini eşitdirməsi vacibdir.

BTQ və BMT ilə işləməyə davam edəcəyik və ölkəmizin tam suverenliyi üçün bütün çətinliklərin öhdəsindən gələcəyik".
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            366 21.06.24 19:05