Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Skuterlə qayda pozanlar CƏRİMƏLƏNİRLƏR? - BDYPİ-dən AÇIQLAMA

07.09.2024 16:11 1 731
Skuterlə qayda pozanlar CƏRİMƏLƏNİRLƏR? - BDYPİ-dən AÇIQLAMA
Son zamanlar Azərbaycanda skuterlərə maraq artıb. Demək olar ki, şəhərin hər yerində bu nəqliyyat vasitəsini sürənlərə rast gəlirik. Skuterlərə maraq artdıqca tələbat çoxalır, nəticədə paytaxtda yeni növ nəqliyyat vasitəsinin qəzalarına şahid oluruq.

Bəs görəsən, bu günə qədər neçə skuter sürəni avtomobil vurub? Ümumiyyətlə, skuter sürənlərlə bağlı cərimələr tətbiq olunurmu?

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev mövzu ilə bağlı oxu.az-ın sorğusunu cavablayıb.

O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində (İXM) velosiped sürənlər, moped idarə edən şəxslər, o cümlədən "Yol hərəkəti haqqında" Qanununa yeni əlavə edilmiş kiçik elektrikli nəqliyyat vasitələrini (skuter) idarə edən şəxslərə də qanun şamil edilir:

"İXM-nin 338.4-1 maddəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına - yəni işıqforun və nizamlayıcıların işarələrinə riayət edilməməsinə, sərnişin və ya nəqliyyat vasitəsinin idarəetməsinə mane olan yüklərin daşınmasına, yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına, nasaz ikitərəfli nəqliyyat vasitəsini idarəetməyə, sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə, piyadaların hərəkətinə maneə yaradılmasına, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə qırx manat məbləğində cərimə edilir".

M.Ağayev qeyd edib ki, "Yol hərəkəti haqqında" Qanunun sadalanan maddələri üzrə cari ilin 8 ayı ərzində 1 864 qayda pozuntusu qeydə alınıb və sənədləşdirilib:

"Şəhər mobilliyinin və piyadayönümlü şəhər konsepsiyasının prioritet olması ikitəkərli nəqliyyat vasitələrinə tələbatı artırır. Bununla bağlı paytaxtda yol hərəkətinin təşkilində bəzi dəyişikliklər edilir, infrastruktur yaradılır. Ancaq bu inkişaf sözügedən nəqliyyat vasitələrini idarə edən şəxslərdə hüquq və vəzifə də formalaşdırır. Baş Dövlət Yol Polisi İdarəsi olaraq ikitəkərli nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş edirik ki, "Yol hərəkəti haqqında" Qanunun tələblərinə riayət etsinlər, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağmlıqlarını təhlükəyə atmasınlar".скачать dle 11.3
Mojo.az Banner