Mojo.az Banner
12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

24.04.2024 12:14 3 474
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

* * * * *

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.


Bu barədə Qırğızıstan Prezident Administrasiyasından məlumat verilib.

Aprelin 24-25-də baş tutacaq səfər çərçivəsində Sadır Japarov və Azərbaycan Prezidenti İlham Əliyevlə arasında ikitərəfli danışıqların aparılması nəzərdə tutulub. Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığa dair cari məsələlər, gələcək inkişaf perspektivləri və səmərəli qarşılıqlı fəaliyyət müzakirə olunacaq.

Bundan əlavə, Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi də planlaşdırılır. Yekun olaraq prezidentlərin Birgə Bəyannaməsi və ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sazişlər imzalanacaq.

Mənbə: azattyk.orgскачать dle 11.3
Mojo.az Banner