Prezidentin Qəbələdə açılışını etdiyi yol 20 mindən artıq sakinin gediş-gəlişini yaxşılaşdıracaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:40 Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdiriləcək  |     18:18 Dünyada təxminən 500 milyon uşaq münaqişə zonasında yaşayır  |     17:27 Yağ alarkən nələrə diqqət etməliyik? - Ən yaxşı və pis yağlar  |     17:08 Bakıda çoxmərtəbəli yaşayış binası yanır - VİDEO  |     17:04 Azərbaycana ekstradisiya olunan şəxslərdən biri tanınmış biznesmendir  |     17:02 Evdən 400 ədəd ətçəkən oğurlandı - Qonşular saxlanıldılar  |     17:00 Şahin Bağırov iki quruma rəis əvəzləri təyin etdi  |     16:57 Bakı həbsxanasında daha bir ÖLÜM  |     16:40 Ermənistan Rusiyadan üz çevirir: Hindistandan qırıcılar alır  |     16:37 "Tərtər işi" ilə bağlı ittiham olunan bəzi şəxslərə HÖKM OXUNDU  |     14:51 Novruz bayramı günü əmisi arvadını öldürən şəxslə bağlı qərar açıqlandı  |     13:42 Sayt rəhbəri və oğlu HƏBS EDİLDİ  |     13:32 DTX-nin yaxaladığı dəstə 326 milyon manatlıq qaçaqmalçılığı necə törədib?  |     13:30 Leyla Əliyeva Altıağac Milli Parkından fotolar paylaşdı - FOTO  |     13:27 FHN: "Bu ilin 9 ayında 27 nəfər partlayışlarda həlak olub"  |     13:26 Saatlıda saxta əlillik pensiyası düzəldən baş həkimə hökm oxundu  |     13:21 Bu ilin 9 ayı ərzində təbii və texnogen mənşəli hadisələr nəticəsində neçə nəfər ölüb?  |     13:08 COP29 zolaqlarına girmək qadağası QÜVVƏYƏ MİNİR  |     13:00 Süni intellekt "Google" üçün kod yazır  |     12:58 Xırdalanda intihar etmək istəyən 33 yaşlı kişinin xilasedilmə GÖRÜNTÜLƏRİ (VİDEO)  |    

Prezidentin Qəbələdə açılışını etdiyi yol 20 mindən artıq sakinin gediş-gəlişini yaxşılaşdıracaq

“Prezident İlham Əliyevin aprelin 9-da Qəbələ rayonuna səfəri çərçivəsində açılışını etdiyi Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolu 20 mindən artıq sakinin gediş-gəlişini yaxşılaşdıracaq”.

Bu barədə “Report”un Şimal-qərb bürosuna Avtomobil Yolları Dövlət Agentliyinin 10 saylı “Yol İstismar” MMC-nin mühəndisi Azər Mehralıyev məlumat verib.

Onun sözlərinə görə, bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.

“Dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir. İnşaat işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, nişanlanma xətləri çəkilib. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb”, - mühəndis qeyd edib.

A.Mehralıyev bildirib ki, əvvəllər əhalinin bu yolla gediş-gəlişi çətin olub:

“Yol əvvəllər çınqıl örtüklü idi. Prezidentin göstərişi ilə tikilmiş yol əhalinin rahat gediş-gəlişini təmin edəcək”.

Bütün bunlar Prezident İlham Əliyevin ölkənin kompleks şəkildə inkişafını diqqətdə saxladığını göstərir. Təsadüfi deyil ki, dövlət başçısı həm işğaldan azad olunmuş ərazilərə, həm də ölkənin digər regionlarına daim səfərlər edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            351 11.04.24 16:03