Dünyada təxminən 500 milyon uşaq münaqişə zonasında yaşayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

Dünyada təxminən 500 milyon uşaq münaqişə zonasında yaşayır

Dünyada hər beş uşaqdan biri münaqişənin olduğu və uşaqlara qarşı cinayətlərin törədildiyi ölkədə yaşayır, gündə orta hesabla 31 uşaq ölür və ya ciddi xəsarət alır. Təxminən 500 milyon uşaq münaqişə vəziyyətində yaşayır.

Bu barədə "Save the Children" təşkilatının son hesabatında bildirilir.

Hesabata əsasən, 2023-cü ildə yetkinlik yaşına çatmayanlara qarşı kobud pozuntular və cinayətlərin sayı əvvəlki illə müqayisədə 15% artıb və 2005-ci ildə vəziyyətin qiymətləndirilməsinə başlanandan bəri ən yüksək həddə çatıb. Hesabatda münaqişə şəraitində uşaq hüquqlarının kobud pozulması halları, o cümlədən qətllər, amputasiyalar, oğurluqlar, cinsi zorakılıq, silahlı qruplara cəlb edilmə təhlil edilir. Uşaq müəssisələrinə hücumlar və humanitar yardıma çıxışın olmaması da nəzərə alınır. Təşkilat bildirir ki, belə cinayətlər gündə orta hesabla 76 dəfə törədilir və onların ümumi sayı misli görünməmiş həddə çatıb.

Ən pis vəziyyət uşaqlara qarşı cinayətlərin 170% artdığı Fələstin ərazilərində və 2023-cü ildə uşaqlara qarşı cinayətlərin sayının 2022-ci illə müqayisədə beş dəfədən çox artdığı Sudandadır. "Qara siyahı"ya həmçinin Konqo Demokratik Respublikası və Somali daxildir.

Təşkilat qeyd edir ki, göstərilən məlumatlar yalnız "aysberqin görünən hissəsidir". Hesabatda qeyd olunur ki, uşaqlığa qarşı cinayətlər iqtisadiyyata təsir göstərir, belə ki, uşaqlara qarşı cinayətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması tədbirləri dünya alıcılıq qabiliyyəti paritetinə uyğun olaraq 19.1 trilyon dollar təşkil edir. Bu zaman dünya hərbi xərcləri 2.4 trilyon dollara çatıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            372 31.10.24 18:18