2024-cü ilin 9 ayı ərzində respublika ərazisində 12 183 təbii və texnogen mənşəli hadisə qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu da 2023-cü ilin 9 ayı ilə müqayisədə 242 hadisə və ya 2% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər həlak olub, 252 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 108 nəfər xilas edilib, 914 nəfər təxliyə olunub.