Mojo.az Banner
23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan XİN başçısının müavini: "Azərbaycanla əlaqlərimiz inkişaf edəcək"

08.12.2023 20:50 1 902
Gürcüstan XİN başçısının müavini:
"Gürcüstan Azərbaycanla ənənəvi və strateji dostluq əlaqələrini yüksək qiymətləndirir. Əminliklə deyə bilərəm ki, bu əlaqələr iki ölkənin maraqları və ehtiyaclarına uyğun olaraq inkişaf edəcək".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya dekabrın 8-də Tbilisidə Ulu Öndər Heydər Əliyev haqda çəkilən "Dostluğun siması" adlı filmin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, Tbilisi və Bakı arasında olan əlaqələr dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır:

"Heydər Əliyev Gürcüstanın ən böyük dostu və dəstəkçisi idi. Gürcüstan və Azərbaycan arasında olan əlaqələr dostluq və qonşuluq ənənələrinə əsaslanır. Heydər Əliyevin sayəsində Gürcüstan və Azərbaycan arasında qarşılıqlı əlaqələr və dostluq münasibətləri formalaşdı. Prezident İlham Əliyevin dövründə isə ələqələrimiz strateji əməkdaşlıq səviyyəsinə qalxıb".

Nazir müavi bildirib ki, Gürcüstanın sabiq Prezidenti Eduard Şevarnadze və Heydər Əliyevin təşəbbüsü ilə başladılan layihələr nəinki Gürcüstan və Azərbaycan üçün ümumilikdə regionun iqtisadi inkişafı üçün olduqca vacib idi:

"Qarşımızda duran əsas tapşırıq bütün bu ənənələri qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Bu il Gürcüstanda Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirildi. Heydər Əliyev Tbilisidə olan zaman Gürcüstan əhalisinə müraciət edərək səsləndirdiyi fikirləri təkrarlamaq istəyirəm: "Azərbaycan və gürcü xalqlarının bəxti onda gətirib ki, onların birlikdə qonşu dövlətlər kimi yaşamaq imkanı var".скачать dle 11.3
Mojo.az Banner