Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan müqaviləni təsdiqləyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:56 Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb  |     14:50 Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq  |     14:42 Hindistanda kimyəvi zavodda partlayış baş verib, 30-dan çox ölən var  |     14:37 Bakı Metropolitenində reklam lövhələri narazılığa səbəb oldu - FOTO  |     14:31 "Beşiktaş" Temmi Abrahamla danışıqlara başladı  |     14:25 Rəisdən ŞOK AÇIQLAMA: "Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim"  |     14:11 Yekaterinburqda Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycanda cinayət işi BAŞLANDI  |     14:08 Azər Zahid ev dustaqlığına buraxıldı  |     13:50 Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq  |     13:11 Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb  |     13:09 Avro 2 manatı keçdi - 4 ildən sonra  |     13:08 Culfa rayonunun bir kəndində qaz kəsiləcək  |     13:08 Lionel Messi "İnter Mayami"dən ayrılmaq istəyir  |     13:07 Qəbələdə dağlıq ərazidə hündürlükdən yıxılan şəxs xilas edildi - VİDEO  |     13:06 SAXAL: "İranın ballistik raketlərinin 86 faizi ələ keçirilib"  |     13:04 Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:59 Bakıda tarixi binanın dam örtüyü uçdu - VİDEO  |     12:52 Lukaşenko Belarus xalqını hökumətə dua etməyə çağırıb  |     12:46 Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını açıqlayıb  |     12:14 Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıb  |    

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan müqaviləni təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib.

Bu barədə “Resmi Gazete”də xəbər verilib.

Sənəd bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Gümen tərəfindən imzalanıb.

Sənədə əsasən, Türkiyə və Azərbaycan hökumətləri aşağıdakı məsələlər üzrə razılığa gəliblər.

Belə ki, Türkiyə 2023-cü ildə dabaq xəstəliyi ilə mübarizə səylərini dəstəkləmək üçün Azərbaycanın ehtiyacı olan 250 min doza SAT-2 antigen tərkibli birvalentli dabaq peyvəndini ödənişsiz tədarük edəcək.

Bu yardım Türkiyə tərəfindən heyvan sağlamlığı ilə bağlı xidmətlərin həyata keçirilməsi və dabaq xəstəlikləri ilə mübarizə fəaliyyətlərinə dəstəyin göstərilməsi məqsədilə Azərbaycan tərəfinə dostluq və xoşniyyətlilik jesti kimi təqdim olunur.

Yardım məqsədilə veriləcək peyvəndlər tərəflər arasında müəyyən olunacaq prosedur və qaydalar çərçivəsində çatdırılacaq.

Müqavilə, tərəflərin bu müqavilənin qüvvəyə minməsi üçün zəruri olan daxili hüquqi prosedurların tamamlandığı barədə bir-birinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Müqaviləyə dabaq xəstəliyinə qarşı peyvənd yardımı başa çatdıqdan sonra xitam veriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 356 02.11.23 13:28