Ərdoğan: “Qarabağ müharibəsi və pandemiya türk dünyasının birliyinin əhəmiyyətini göstərdi” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Ərdoğan: “Qarabağ müharibəsi və pandemiya türk dünyasının birliyinin əhəmiyyətini göstərdi”

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə prezidentinin köməkçisi Fuat Oktayın iştirakı ilə Türkiyənin paytaxtı Ankarada Türk Dünyası Metrologiya Forumu keçirilib.

“HaberGlobal” məlumat verir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın forumunun iştirakçılarına ünvanladığı məktub oxunub.

“Türk dünyası olaraq ötən müddətdə koronavirus pandemiyasına görə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanların itkisini yaşadıq. Amma bununla belə 30 illik işğaldan sonra Dağlıq Qarabağın təkrar ana vətənlə qovuşmasının sevincini də ürəklərimizdə hiss etdik”, - R.T.Ərdoğanın forum iştirakçılarına ünvanladığı məktubda qeyd olunub.

Türkiyə prezidenti 44 günlük Vətən müharibəsində əldə edilən qələbəyə görə Azərbaycan xalqını növbəti dəfə təbrik edib:

“Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız hərbdən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər hər sahədə türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin əhəmiyyətini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq bir ailə olduğumuzu təkrar gördük. Qarşıdakı müddətdə bu bağları gücləndirməli, aramızdakı əməkdaşlığı daha da inkişaf etdirməliyik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 689 19.02.21 16:01